10 C
Baku
Thursday, December 12, 2024

Müharibənin altı ayında Rusiya yanacaq ixracından 158 mlrd avro qazanıb

Müharibənin altı ayı ərzində Rusiya yanacaq ixracından 158 milyard avro qazanıb.

Bu barədə müstəqil beynəlxalq təşkilat olan Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumat yayıb.

Bildirilib ki, qazancın 54 %-i və ya təxminən, 85 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşür. Bu baxımdan Rusiyaya ən çox xeyir verən ölkələr Çin (12.6 mlrd), Almaniya (12.2 mlrd), İtaliya (7.9 mlrd), Niderland (7.8 mlrd) və Türkiyədir (6.8 mlrd).

Hesablama fevralın 24-dən avqustun 24-dək olan dövrü əhatə edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər