Mühasib
Vəzifələri:
- Daxil olan pul vəsaitinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu təşkil edir;
- Pul vəsaitləri, mal – material qiymətliləri və əsas vəsaitlər üzrə əməliyyatların vaxtlı – vaxtında mühasibat uçotu hesablarında əks etdirilməsini təmin edir;
- Müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə, xərc smetasına, məhsul satışına, işlərin görülməsinə nəzarət, o cümlədən maliyyə , hesablaşma, kredit əməliyyatlarının qanuni və vaxtında sənədləşdirilməsini təşkil edir;
- Məhsulun (xidmətin) iqtisadi əsaslandırılmış hesabat kalkulyasiyasını, işçilərə əmək haqqının hesablanmasının düzgünlüyünü təmin edir;
- Dövlət büdcəsinə hesablaşmaların və ödəmələrin düzgünlüyünü təmin etməli;
- Banklara olan borclara görə ödəmələrin vaxtında yerinə yetirilməsini təmin edir;
- Mühasibat sənədləri, ilkin sənədlər, hesablaşma və ödəmə öhdəlikləri üzrə sənədlərin düzgün sənədləşməsinə nəzarət edir;
- Pul vəsaitlərinin, mal – material qiymətlilərinin, əsas vəsaitlərinin illik inventarizasiyasını təşkil edir, onların düzgünlüyünü təmin edir;
- Mühasibat üçotu məlumatlarına əsaslanaraq müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin iqtisadi analizində, təsərrüfat daxili ehtiyatların aşkar olunmasında, itkilərin aradan qaldırılması üzrə tədbirlərdə iştirak edir;
- Mühasibat və ilkin sənədlər əsasında mühasibat hesabatlarının vaxtında tərtib olunmasını və lazımı orqanlara göndərilməsini təmin edir;
- Müəssisənin struktur rəhbərlərinə mühasibat uçotu, nəzarət, hesabat və iqtisadi analiz üzrə metodiki köməklik göstərir;
- Mühasibatlıq işçilərinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətində aktiv iştirakını təmin edir;
- Mühasibat sənədlərinin qorunmasını təmin edir və onların təyin olunmuş qaydada arxivə verilməsini təmin edir;
- Mühasibat balansından çatışmamazlıqların, debitor borcların və digər itkilərin düzgün silinməsini təşkil edir;
- Mal – material qiymətlilərinin, pul vəsaitlərinin qanunsuz xərclənməsinə, maliyyə. təsərrüfat pozğunluqlarına qarşı tədbirlərdə aktiv iştirak edir;
- Mühasibat işçilərinin nizam – intizam qaydalarına düzgün əməl etməsini təmin edir, işçilərə əmək haqqı təyin olunmasında bilavasitə iştirak edir.
Bilməlidir:
- Mühasibat uçotu haqqında qanunvericiliyi;
- Yuxarı təşkilatların, maliyyə – yoxlama orqanlarının təşkilatı mühasibatlıq uçotu və hesabatların tərtib olunması və həmçinin müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinə aid olan normativ və metodik, əmr, sərəncam və digər rəhbər sənədləri;
- Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
- Müəssisədə mühasibat uçotunun təşkili əsasnaməsini və təlimatlarını;
- Maliyyə hesabatlarının forma və qaydalarını;
- Müəssisənin təsərrüfat – maliyyə fəaliyyətinin iqtisadi analiz metodlarını;
- Pul vəsaitlərinin, mal – materialların və başqa qiymətlilərin qəbul, mədaxil, saxlanma və xərclənmə qaydalarını;
- Debitorlar və kreditorlarla hesablaşma qaydalarını;
- Hüquqi və fiziki şəxslərin vergi öhdəliyi şərtlərini;
- Pul vəsaitlərinin və mal – material qiymətlilərinin inventarlaşmasının aparılması qaydalarını;
- Mühasibat balansını və hesabatlarının tərtib olunması qayda və müddətini;
- Yoxlanışların aparılması qaydalarını;
Tələblər :
- Təhsil: Ali
- İş stajı: Müvafiq vəzifədə 5 ildən az olmayaraq
- Dil biliyi: Azərbaycan – ə`la
- Kompüter biliyi:MS Office. 1C. Səviyyə:Əla
Digər Tələblər
- İş şərtləri: Rus və İngilis dili bilənlərə üstünlük verilir
- İş günləri: həftənin 5günü.
- İş saatları: 09:00 – 18:00-dək ;
- Nahar şirkət tərəfindən verilir;
- Mobil rabitə;
- Əmək haqqı görüş zamanı müəyyən olunacaq ;
СV ( şəkil mütləqdir ) bu email-a [email protected] “Mühasib /Banker.az” başlığı ilə göndərməyiniz xahiş olunur.