2 C
Baku
Monday, March 4, 2024

Mühasib – Fair Group Construction LLC

Mühasib

İş barədə məlumat:

• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək
• Vergi: Aylıq, rüblük, illik hesabatların hazırlanması və təqdim edilməsi, VHF-ların göndərilməsi və qəbulu, ƏDV depozit hesabı ilə ödəmələr və s.
• DSMF: Rüblük və illik (B3) hesabatların təqdim edilməsi və sosial sığorta kartlarının alınması və s.
• Statistika: Müəssisəyə uyğun hesabatların hazırlanması və təqdim edilməsi.
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesabatların hazırlanması
• Bank: Sənədlərin açılması, daxili və beynəlxalq ödəmə sənədlərinin hazırlanması və banka təqdim edilməsi, əmək haqqı kartlarının açılması, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi və s.
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
• İşçilərlə hesablaşmaların təmin edilməsi

Tələblər

• Ali təhsil (müvafiq sahədə)
• IPC sistem ilə işləmək bacarığı mütləqdir
• İngilis dili bilikləri
• 1C 8.3. və ya 8.2. platformasında təcrübə mütləqdir
• Istehsalat və tikinti sektorunda işləyənlərə üstünlük verilir.

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected]  ünvanına göndərə bilər.(məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir)

Son xəbərlər
Digər xəbərlər