14 C
Baku
Saturday, November 23, 2024

Mühasib – Kristal Abşeron MTK

Mühasib

 

Tələblər:

  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
  • Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək);
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
  • Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
  • 1C yüksək səviyyədə bilmək;
  • Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

 

Vəzifələr:

  • İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
  • Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
  • Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
  • Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
  • Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
  • Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
  • Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.

 

İş şəraiti:

  • İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Əmək haqqı 700 Azn

 

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Mühasib” qeyd etməklə  göndərmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər