10 C
Baku
Thursday, December 12, 2024

Mühasib (Lənkəran) – Azərsun Holdinq

Ümumi məlumatlar

– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
– Mühasib kimi 2-3 il iş təcrübəsi;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
– MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
– ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməli.

İş haqqında məlumat

– Vergi, statistika və DSMF hesabatların hazırlanması;
– Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
– Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
-Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Mühasib -Lənkəran”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İş şərtləri

Həftəiçi 5 gün

Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Müraciət linki

 

Son xəbərlər
Digər xəbərlər