12 C
Baku
Wednesday, December 11, 2024

Mühasib – Mətanət A

Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir.

İşin təsviri:

 Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
 Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
 Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və sair) yerinə yetirmək;
 İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
 Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək
 İstirahət: Şənbə və  bazar günü

Əmək haqqı:

 Razılaşma yolu ilə

Tələblər:

 Təhsil: Ali (İqtisadi)
 İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
 Yaş həddi:25-50
 Dil bilikləri: Azərbaycan və Rus dili
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətləri:

 İşə planlı yanaşmaq bacarığı;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünə inamlı;
 Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər