“Soyuzaqrokontrakt” MMC – Mühasib (Qusar şəhəri).
Əsas vəzifə öhdəlikləri:
– Cəmiyyətin mühasibi qarşısında duran əsas vəzifələr rəhbərliyin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir;
– Mühasib Cəmiyyətin əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir;
– Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir,
– Cəmiyyətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
– Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir və bu kimi başqa işlərin icrasını həyata keçirir.
Namizədə dair tələblər:
– Xaçmaz, Qusar və Quba şəhərlərində yaşayanlara üstünlük verilir;
– Mühasib- aidiyyati sahə üzrə təhsilə malik olmalı,
– Azərbaycan dilini mükəmməl bilməli;
– Kompyuter biliklərinin olmasıdır.
Əmək haqqı 600 AZN.
İş qrafiki: 6 günlük iş həftəsi
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.