13 C
Baku
Saturday, November 23, 2024

Mühasibat uçotunda sənədləşmə, işi ağırlaşdırmır

Bəzi şəxslər sənədləşmənin çox olmasını əsas gətirərək işin ağırlaşdırdığını qeyd edirlər. Halbu ki, müasir dövrdə sənədləşmənin elektron variantıda mövcddur. Bu yaxınlarda vətəndaşlardan biri mənə müraciət edərək bildir ki, biz müxtəlif səpkili mallar satırıq. Bu mallar eyni şirkətə yox 100-dan artıq şirkətə gedir. Bildiyiniz kimi, ölkədə belə bir durum var ki, bir şəxs işə götürüldükdə, özünə aid olmayan da işləri görməyə məcburdur. Bu baxımdan vaxt çatdırmaq olmur. Yəni mühasib tək uçotu aparmır həm də, operator və sair işləri görür, fiziki baxımdan gündəlik 200-dən çox qaimə yazmaq bir nəfərin gücü deyil. Hətta sistem elektron olsa belə, digər təşkilatlar elektron qaimə ilə birgə razılaşma protokolu tələb edirlər. Belə olan halda ikiqat işləməli olursan. Nəticədə nə baş verir? Yüklənmə. Bəs bundan çıxış yolu nədir? Vergi Məcəlləsinə əsasən elektron qaimə verməmək qaçılmazdır. Elektron qaimə həm mühasibin işini yoxlama baxımdan asanlaşdırır, həm də vergi orqanın işini yüngülləşir. Qaldı digər sənədlərə  Vergi Məcəlləsi baxımdan bu proses müxtəlifdir və işin xüsusiyyətindən aslıdır. Amma mühasibat uçotu baxımdan sənədlərin çoxluğu işi ağırlaşdırmır. Vergi Məcəlləsinin vergi güzəşti ilə bağlı olan maddələrində belə bir ifadəyə rast gəlmək olar “Uçot düzgün aparılıbsa, şəxs güzəştdən istifadə edə bilər”. Yəni ola bilər şəxsin kateqoriya baxımdan bütün qeydləri güzəştə düşür. Amma sənədləşmənin düzgün aparılmaması və uçot qanuna uyğun olmayanda şəxs güzəştdən məhrum olur. Göründüyü kimi sənədləşmənin olması əsas amildir. İşin yüngülləşdirilməsinə gəldikdə, sənədləşmə işi ağırlaşdırmır. Əksinə daha da, açıq şəkildə görünməsini göstərir.

Düzdü bəzən qanunvericilikdə elə sənədləşmə tətbiq olunur ki, eyni işin təkrarlığını göstərir. Yəni mahiyyətcə mühasib bir mal, bir sənəddən digərinə köçürür, halbu ki, bu işin gedişatına yox, mühasibin işinin artmasına səbəb olur.

Sənədləşmənin vacibliyini üçün  qanunvericiliyə nəzər salaq və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş  Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında olan “Pərakəndə ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsi” hissəsinə nəzər yetirək.

“A” MMC  “B” istehsalçıdan və “C” topdansatış fəaliyyəti göstərən şəxslərdən mal alır.  Mallar aşağıdakı qaydada sənədləşdirilir.

Əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergiödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-fakturanı malgöndərən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Bunu yuxardakı misalla əks etdirsək “B” və “C” vergi ödəyicisi ƏDV ödəyicisi deyilsə  elektron qaimə faktura göndərir.

Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür. Bunu yuxardakı misalla əks etdirsək əgər “B” və “C” vergi ödəyicisi ƏDV ödəyicisidirsə yenə elektron qaimə faktura göndərir.

Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Bunu yuxardakı misalla əks etdirsək əgər “B” və “C” vergi ödəyicisi deyil, 20 avqustda malı küçədən alır.  “Malların alış aktı” və malların alışı tarixindən 25 avqusta kimi  “Malların elektron alış aktı” tərtib edilir. Həmin elektron alış aktı  “B” və “C” şəxsləri tərəfindən imzalandıqda, kağız formasında tərtibatına ehtiyac qalmır.

Vergiödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə malların alınması üçün vəkalətnamə verir. Misala nəzər yetirək “A” MMC “B” və “C” şəxslərdən mal aldıqda  mal almağa göndərdiyi işçiyə vəkalətnamə verməlidir.

İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. 

“A” MMC xarici şirkət olan “ABC” təşkilatından mal aldıqda onu anbara mədaxil etdikdə bunu təsdiq etmək üçün gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir.

İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma xərclərinin və sığorta xərclərinin cəmi nəzərə alınır.

Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə  sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır.

Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır.

Vergiödəyicisinə məxsus anbarlar və ya təsərrüfat subyektləri (obyektlər) pərakəndə ticarət fəaliyyəti həyata keçirilən təsərrüfat subyektinin (obyektin) hüdudlarından kənarda yerləşdikdə və malların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə, əlavə olaraq, “Yük avtonəqliyyatı üçün yol vərəqi” verilir.

Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinin mədaxil etdiyi mallar, həmin malların alqı-satqısına dair müqaviləyə uyğun olaraq, yararlılıq müddətinin bitməsinə və ya digər səbəblərə görə geri qaytarıldıqda, tərəflər arasında “Malların qaytarılması aktı” tərtib edilir.

Pərakəndə ticarət fəaliyyəti göstərən şəxslər komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirir və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron kabineti olmayan alıcıya “Elektron qaimə-faktura” ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Vergi ödəyiciləri tərəfindən mallar təqdim edilərkən malların təhvil verilməsi üçün maddi-məsul şəxslərin imzası ilə “Elektron qaimə-faktura”nın çap edilmiş forması ilkin uçot sənədi kimi tərtib edilə bilər.

Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” bu Qaydaya uyğun olaraq göndərilir.

Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri digər şəxslərdən komissiyaya və ya məsuliyyətli mühafizəyə qəbul edilmiş malları “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirirlər və həmin sənədlərdə göstərilən qiymətlərlə uçota alırlar. Malların qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanır.

Yuxarıda qeyd olunan tək mədaxillə bağlı olan hissədir. Göründüyü kimi, bir malın mədaxil olunması üçün nə qədər sənəd tələb olunur. Bu sənədləşmənin əsassız yerə deyil. Hər bir sənəd bir görülən iş üçün vacibdir. Malların uçotu, yoxlamalar zamanı, müəssisənin işin aparılmasında, hansı malın alınması  daha məqsədə uyğundur məsələsində, mühasibat uçotunun aparılmasında və sair qeydlər zamanı sənədləşmənin rolu əvəzsizdir. Bu baxımdan sənədləşmə mühasibat işin ağırlaşdırmır, əksinə yüngülləşdirir.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər