15 C
Baku
Sunday, November 24, 2024

Mühasibatlığın qara günü [bloq]

Napaleon Bonapartın bir sözü var, bir mühasibin bədbaxtçılığı yad orududan qorxuludur. Bonapartın bu sözündə məntiq var ona görə ki, ölkədə mühasibatlıqda qeyri peşə sahibləri çoxdur. Onlar arasında aqrar,  incəsənət, müəllimlik sahələrini bitirənlər çoxluq təşkil edir. Belə olan halda qanunvericilikdə, bu insanların mühasibatlıq sahəsində işləməsinə heç bir sərhəd yoxdur. Yəni sən əgər baytarlığı, zologiyanı, rejisorluğu, tarix müəllimliyin və sair sahələri bitirmisənsə bu sahədə çalışa bilərsən. Amma dərninə baxsaq mühasibatlıq sahəsin bitirən insanlar gedib qeyri – peşə sahələrində işləyə bilmirlər. Misal üçün Azərbaycan Respublikasının Təhsil Haqqında qanununa 36-1.1. maddəsinə əsasən  Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Göründüyü mühasib gedib tarixi tədris edə bilməz. Amma tarixçi gəlib mühasib və ya baş mühasib ola bilər.

Mühasibatlıq sahəsinə baxsaq, bu sahə elmi sahədir. Elm nədir? – Obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. Göründüyü kimi digər sahələr kimi mühasibatlıqda elmdir. Bu elmin incəliklərini bilmək üçün isə, gərək bu sahənin dərinliklərini biləsən. Bunun üçün isə ən azından iqtisadi təhsilin olmalıdır. Bəzən qeydlər olur ki, qeyri-peşə sahibləri bu sahəni bitirənlərdən daha yaxşı bilir. Yaxşı bilmək o demək deyil ki, bu sahəni dərindən bilir. Misalı mənim özümdən götürmək çəkmək istəyirəm. Mühasib kimi işləməmişdən əvvəl artıq mənim iqtisadi sahə üzrə orta-ixtisas təhsilim var idi. Mühasibatlığa başlayanda artıq mühasibat uçotu və audit üzrə qiyabi ali təhsil alırdım. Yəni artıq mənim bu sahədə çalışmamışdan əvvəl müəyyən nəzəri biliklərim var idi. Soruşmaq lazımdır ki, qeyri-peşə sahiblərinin hansı mühasibatlıq sahəsində belə addımlamağa başlayıb? Çətin cavab verələr. Ali təhsil aldığı dövrdü kimlər tək ümumi iqtisadi biliklərdən əlavə, psixoloji, pedaqoji, fəlsəfi, mədəniyyətşünaslıq,əmək münasibətləri, birja, İKT, hüquqi və sairə sahələr üzrə yazılı imtahanlar veriblər? Buna da cavab tapılmayacaq. Çünki bu elmin sirləri tək bir mühasibatlığı bilməklə yekunlaşmır. Bunun üçün digər sahələrdən də anlayışın olmalıdır. Mühasibatlıq özü bir dildir. Xarici dil kimi, bu sahənin də qramatikası, orfoqrafiyası var. Bu sahənin də, səviyyələri var, bu dildə də, daimi danışmasın yaddan çıxır hər şeyi yenidən başlamalısan. Azərbaycan Respublikası 22 may 2019-cu il tarixili 237 nömrəli qərarına əsasən baş mühasib olmaq üçün mütləq şəkildə imtahan verməlisən. Yəni peşakar mühasib sertifikatı almalısan. Bunun üçün ərizə ilə Dövlət İmtahan Mərkəzinə müraciət etməlisən. Qərarın 2.10.2 hissəsində qeyd olunub ki, peşəkar mühasib təşkilatının üzvü olmaq gərəkdir. Bundan əlavə  iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti də tələb olunur. Bu hissəni mən belə izah edə bilərəm iqtisadi orta ixtisas təhsili olan və mühasibatlıq sahəsində ən azı 5 il staja malik şəxslər və iqtisadi bakalavr təhsili olan şəxslər bu sahə üzrə ərizə verə bilərlər. Amma məsələ orasındadır ki, bunu bölsək o halda, istənilən şəxs sertifikat imtahanı üçün müraciət edə bilər. Yəni iqtisadi sahə üzrə texnikom, kollec bitirənlər, 5 il bu sahədə stajı olanlar və peşəsindən aslı olmayaraq bakalavr təhsili olanlar. Sonuncu hissəni əsas götürsək baytar, zooloq, aktyor, rejisor, tarixçi və sairlər baş mühasib ola bilər. Bu halda sual yaranır, belə olan halda NK bu qərarının əhəmiyyəti nədir? Ümumiyyətlə baş mühasib olmaq üçün kollec və texnikom bitirmək də düzgün deyil. Baş mühasib yalnız iqtisadi sahə üzrə ali təhsili olanlar sənəd verməlidir. Əks halda bu sahə necə bu günə kimi əhəmiyyətsiz sahə olub, elə də qalacaq. Yəni mühasibatlıq daimi qaranlıqda qalacaq. O yenə də, işıqlı günü öz xəyallarında canlandıracaq.

İqtisadçı-ekspert,
Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər