10 C
Baku
Thursday, December 12, 2024

Mühasibatlıq işləri üzrə Assistent – Amburan Beach Club

Vəzifə:  Mühasibatlıq işləri üzrə Assistent

Şöbə:  Maliyyə

Məruzə etdiyi şöbə rəisi:  Mühasib

İş yeri: Amburan İK

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• iaşə xidməti ilə bağlı gündəlik hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• iaşə xidməti üzrə aylıq hesabatın hazırlanması və bu xidmətin göstərildiyi tərəfdaş şirkətlərlə üzləşmənin aparılması;
• qaimələrin Kerzz Pos və 1C proqramına işlənilməsi;
• iaşə xidməti ilə bağlı gündəlik olaraq hər bir yeməyin maya dəyəri hesabatının hazırlanması və rəhbərliyə müvafiq məlumatın göndərilməsi;
• bank çıxarışının 1C proqramına daxil edilməsi
• avro və dolların  gündəlik məzənnəsinin 1C proqramına daxil edilməsi;
• iaşə xidməti göstərilən şirkətlərlə debitor üzləşmə aktının hazırlanması;
• təchizatçı şirkətlərlə  kreditor üzləşmə aktının hazırlanması;
• restoran əməkdaşlarının iş fəaliyyəti ilə bağlı sənədlərinin hazırlanması;

ƏLAVƏ:

• anbardar fəaliyyətini həyata keçirərkən qaimələrdə göstərilən malların faktiki gələnlərlə uyğunluğunun yüksək dəqiqlik və məsuliyyətlə yoxlanılması
• anbara qəbul etdiyim malların yerləşdirilməsi;
• xəzinədar fəaliyyətinin həyata yetirilməsi;
• xəzinədarların kiçik nominallı pullarla təmin edilməsi;
• maliyyə direktoru və mühasibin həvalə etdiyi digər işlər

TƏLƏB OLUNAN BACARIQLAR

 İşin tələb olunan vaxtda yerinə yetirilməsi
 Təşəbbüskarlıq
 Görüləcək işlərin qabaqcadan və düzgün planlaşdırılması
 Ünsiyyət qurma bacarığı
 Peşəkar olmaq

BİLİK VƏ TƏCRÜBƏ:

 Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi
 Ali təhsil
 Komputer bilikləri

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər