23 C
Baku
Thursday, April 25, 2024

Mühasiblərin “ürək dağlayan” 1 faizlik səhvi [bloq]

Azərbaycan Respublikasının Həmkarlar İttifaqları haqqında qanun 3 maddəsində qeyd olunur ki, işçilər, pensiyaçılar, təhsil alan şəxslər. heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Yəni həmkarlar təşkilatına üzv olmaq könüllü xarakter daşıyır. Bundan əlavə üzv olmaqda 7 maddəyə əsasən ayri-seçkiliyə yol vermək qadağandır. Qanunun 4 maddəsində üzvlük haqqı, üzvlüyə qəbul həmkarlar təşkilatının səlahiyyətindədir. Həmkarlar  ittifaqına üzvlük haqqlarının dərəcəsi qanunla müəyyənləşdirilməyib. Qanunun 20 maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür. 

İnzibati Xətalar Məcəlləsinin 196 maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Yuxarıda qeyd olunanları təhlil etsək belə qənaətə gəlmək olar ki, həmkarlar təşkilatına üzv olmaq könüllüdür. Şəxs təşkilata üzv olmaq üçün ərizə yazmalıdır və onunla müqavilə bağlanmalıdır. Mühasiblərin ən çox səhv etdiyi məqam hesablamadadır. Qanunda qeyd olunmasa da, adətən tutulma 2 faizə qədər olur. Yəni müqavilədə qeyddən aslıdır. Bunu misalla aşağıdakı formada izah edək:

“Sabirabad” MMC-nin mühəndisi Uğur Qarayev həmkarlar təşkilatı ilə müqavilə bağlayır. Mühasibatlığa gələrək ərizə yazır ki, mənim vaxtım olmadığına görə, xahiş edirəm ki, əmək haqqımdan  1 faiz dərəcədə həmkarlar təşkilatı üçün tutqu tutulsun və həmin təşkilata köçürülsün. Həmin vaxta onun əmək haqqısı 500 manatdır. Bəzi mühasiblər götürüb mükafatdan da, həmkarlar üçün məbləğ tutullar. Bu isə düzgün deyil. Əgər şəxs  ərizəsində qeyd etsə idi, əmək haqqımdan və əmək haqqıma bərabər tutulan digər ödəniclərimdən məbləğ tutulsun, bu halda onun mükafatından da, 1 faiz məbləğ tutmaq olardı. Bir çox mühasiblər isə, buna diqqət etmir. Əsasən də, büdcə təşkilarının mühasibləri. Vergi qanunverciliyinə əsasən mükafat əmək haqqı ödənclərinə aid olduğundan ümumi hesablayıb vəsaiti köçürürlər. 500 manat əmək haqqı fondundan, 200 manat Ramazan bayramı münasibətilə və işin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı mükafatı üst-üstə 500+200 hesablayıb 700*1% = 7 manat köçürürlər həmkarlara. Amma ərizədə isə, şəxs qeyd edib ki, əmək haqqımdan,  Həmkarlar İttifaqları haqqında qanun 20 maddəsində də qeyd var ki,  əmək haqqlardan mühasibatlıq vasitəsi ilə 4 gün müddətində köçürülməlidir. Bəzi mühasiblər qeyd edillər ki, şəxsin ərizəsi olmasa da olar, çünki tutquları 20 maddəyə əsasən mühasibatlıq aparmalıdır. Bu da düzgün deyil. Çünki üzvlük haqqı məcburi ödəniş deyil. Könüllü xarakter daşıdığından işçinin razılıq ərizəsinin olması mütləqdir.

İqtisadçı – ekspert Rauf Qarayev

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər