10 C
Baku
Wednesday, December 11, 2024

Muhtar Kent – türk əsilli amerikalı sahibkar

Muhtar Kent (1952) – türk əsilli amerikalı sahibkar və menecerdir. Bununla yanaşı, o The Coca-Cola Company şirkətinin sədri və idarə heyətinin rəhbəridir. Qeyd edək ki, Muhtar Kent 2008-ci ildə bu vəzifəyə təyin edilib.

Kent 1952-ci ildə New-Yorkda Türkiyənin baş konsulu olan Necat Kentin ailəsində dünyaya gəlir. O 1971-ci ildə Türkiyənin Mersin şəhərində yerləşən amerikan Tarsus American College kollecini bitirir. Bundan sonra isə Muhtar Kent İngiltərənin Hull şəhərinə gedərək oranın Hull universitetinin iqtisadiyyat fakultəsinə daxil olur və 1978-ci ildə buranın məzunu olur. Bundan sonra isə Kent Kass biznes məktəbinin magist dərəcəsini qazanır. Muhtar Kent təhsilini başa vurduqdan sonra Türkiyə ordusunda xidmət etdikdən sonra ABŞ-a geri dönür.

ABŞ-a geri qayıdan Kent iş axtarmağa başlayır. Çünki əsgərlik bitdikdən sonra o Türkiyədən buraya gələrkən özü ilə gətirdiyi 1000 dollar bitmək üzrə idi. Qəzetlərdə iş elanları ilə tanış olan Kent artıq o dövrdə kifayət qədər məşhurlaşmış Coca-Cola şirkətinin işə qəbul ilə bağlı elanı ilə qarşılaşır. Kent bütün ölkənin ticarət nöqtələrinə məhsul göndərilməsi ilə məşğul olduğundan bu təcrübə ona şirkətdə daha çox uğur qazanmasına kömək edir. 1985-ci ildə Kentin vəzifəsi yüksəldilir və Coca-Cola şirkətinin Türkiyə və Orta Asiya bölmələri üzrə baş direktoru təyin edilir. O 1989-cu ildən 1995-ci ilə qədər Coca-Cola International şirkətinin prezidenti vəzifəsində xidmət göstərir. Bu zaman o Avropanın 23 ölkəsi ilə biznes aparılmasına görə məsuliyyət daşıyırdı.

1995-ci ildən 1998-ci ilə qədər isə 12 ölkə üzrə bölməsi olan Coca-Cola Europe şirkətinin icraçı direktoru vəzifəsini tutur. Muhtar Kent 1999-cu ildə Coca-Cola şirkətini tərk edərək nəhəng pivə istehsalçı şirkəti olan Efes Beverage Group-a rəhbərlik etmək üçün Türkiyəyə yollanır. Kent 2005-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərdikdən sonra yenidən Coca-Cola şirkətinə əməliyyat direktoru olaraq qayıdır. 2006-cı ildə Kent beynəlxalq dövriyyə üzrə prezident dərəcəsinə qaldırılır və ABŞ-dan başqa bütün ölkələr üzrə ticarətə məsuliyyət daşıyır.

1 iyul 2008-ci ildən Muhtar Kent The Coca-Cola Company şirkətinin baş direktoru, 2009-cu ilin 23 aprel tarixindən isə direktorlar şurasının sədridir.

Son xəbərlər
Digər xəbərlər