23 C
Baku
Saturday, September 28, 2024

Mükəmməl soyğun

Artıq 40 ildir ki, FTB biznesmenə oxşayan, burbon, yaxşı siqaret sevər, havaçılıq haqqında yaxşı məlumatlı olan və vəhşi təbiətdə yaşaya bilmək bacarıqlarına malik olan bir şəxsi axtarır. 1971-ci ilin 24 noyabrında Sietla uçan 305 reysin sərnişinlərindən biri də Den Kuper olub. Onun çox səliqəli görkəmi var idi – bahalı kostyum, tünd eynəklər, balaca çamadan. O dövrdə çamadanlar hələ avia şirkətlərini qorxutmurdular və Den Kuper Boinq-747-100 təyyarəsinin göyərtəsində sakit şəkildə öz yerini tutur. Həmin gün Şükranlıq bayramının ərəfəsi idi və sərnişinlər öz ailələrinin yanına – evlərinə tələsirdilər. Təyyarə havaya qalxır, uçuş plan üzrə gedirdi. 

Təxminən uçuşun ortasında həmin sərnişin stuardessanı çağırır və burbonla soda sifariş edir. Stuardessa sifarişi gətirdikdən sonra sərnişin onu öz yanında oturmağa dəvət edir, çamadanı açır və stuardessaya onun içində olanları göstərir. Stuardessa dinamit çubuqları və partlayıcı görür, partlayıcının telləri sərnişinin əlində idi. Sərnişin çox mədəni halda pilotlara onun məktubunu ötürməyi xahiş etdi.

Məktubda deyilirdi ki, əgər ən yaxın aeroportda təzə olmayan, xırda banknotlarla 200 000 dollar və 4 paraşüt yüklənməsə, təyyarə partladılacaq. Pilotlar yerlə əlaqə saxladılar və təyyarəni Sietldə endirdilər. 150 sərnişinin  hamısı öz ailələrinə qovuşmaq üçün səbirsizliklə təyyarənin enməsini gözləyirdilər. Lakin təyyarənin enməsindən dərhal sonra texniki səbəblərdən enişin gecikdiyini bildirirlər. Bir sərnişindən başqa hamı narahat olmağa başlayır.

Lakin terrosrist dürüst adam çıxır. O, təyyarəyə tələb etdiyi pulla dolu kisələrin və 4 paraşütün yüklənildiyindən sonra bütün sərnişinləri buraxır. Təyyarə yenidən havaya qalxır, lakin onun dardıyca iki izləyici-qırıcı təyyarə də qalxır. İndi isə təyyarənin istiqaməti Mexikoya idi.

Gizli sərnişin yeni tələblər ortaya çıxardır – şassini yığışdırmamaq, hündürlüyü 3 metrdə, sürəti isə 320-yə qədər saxlamaq. Terrorist mükəmməl bir plan qurmuşdu. Boinq tarazlığını havada yaxşı saxlayırdı, reaktiv qırıcılar isə bu sürəti saxlaya bilmirdilər, buna görə onlar müşaiyət etdiyi təyyarənin ətrafında daim dövr vururdular.

Həmçinin ildırım yaxınlaşırdı və bütün göy üzünü qara buludlar örtmüşdü. Görmə qabiliyyəti enmişdi, «Den» saatı yoxladı və stuardessanı pilotların yanına göndərək onlara kabində qalmağı əmr edir. Bundan sonra o, paraşüt geyinir, pul ilə dolu kisələri və çamadanı götürür, arxa qapını açır və tullanır. Pilotlar göyərtədə təzyiqin azalmasını və lyukun açılması haqqında siqnalı müşahidə edirlər.

Bir müddətdən sonra Boinq Rinoda (Nevada) enir və ekipajdan heç kim xəsarət almır. Soyğunçunun axtarışlarına çox güc sərf edilmişdi. Hərbçilər, polislər, yerli əhali və milli qvardiya onun axtarışına cəlb edilmişdi. Lakin nə 40 il bundan əvvəl, nə də bu gün onu tapmağa heç kəs müvəffəq olmayıb. Soyğunçunun gölə endiyi məlumdur və ehtimal edilir ki, o, göldə pul ilə dolu kisələrlə birlikdə batıb. Həmin yeri artıq neçə ildir ki, xəzinə axtaranlar və yerli əhali axtarırlar, lakin bu axtarışlar hələ də bir nəticə verməyib. FTB versiyasına görə soyğunçu göldə batıb, lakin sübutlar təqdim edilməyib.

9 il ötəndən sonra həmin gölün sahilində balaca oğlan uşağı pul tapır. Pullar köhnə 20-lik məzənnələr idilər, onların nömrələri 1971-ci ildə oğurlanmış pulların  nömrələri ilə üst-üstə düşürdü. Bu hadisədən sonra heç vaxt və heç yerdə kisədən düşmüş pullar yer üzünə çıxmamışdılar. Bu tapıntı isə camaat arasında böyük səs-küyə səbəb olmuşdu.

Bu həqiqətən də mükəmməl bir soyğun hadisəsi idi. Təyyarənin göyərtəsində olan sərnişinlərdən heç biri xəsarət almamışdı. Bu hadisədən sonra bir neçə təqlidçi «paraşutçu soyğunçular» peyda oldu. Lakin onların heç biri gizlənməyə müvəffəq olmamışdı. Həmçinin bu hadisə rejissorları, tədqiqatçıları və yazıçıları ilhamlandırmışdı.
Yeri gəlmişkən, bu soyğundan sonra avia şırkətlər uçuş zamanı təyyarənin qapısının açılmasını aradan qaldırırlar.

Bir sıra insanlar fotorobotda öz tanışlarını gördüklərini etiraf etmişlər və onları polisə vermişdilər, bəzi insanlar isə bu soyğunu özlərinin etdiklərini etiraf etmiş və təslim olmaq istəmişdilər, lakin…
Cinayətkar tapılmayıb, onun taleyi məlum deyil və belə hesab etmək olar ki, bu həqiqətən də mükəmməl bir soyğun idi!

Son xəbərlər
Digər xəbərlər