Yəqin ki, bir çoxlarımız mükəmməl yaddaşa sahib olmağı arzulayır. Bəs adi məişət şəraitində yaddaşımızı və diqqətimizi mükəmməl şəkildə necə gücləndirə bilərik? Bunun üçün bir neçə sadə tapşırıqlar var. Əsas olan isə budur ki, bu tapşırıqlar sistematik olaraq yerinə yetirilsin.
Aşağıda sizə yaddaşınızı günbəgün inkişaf etdirmək məqsədilə “məşq” etdirməyiniz üçün bir neçə sadə məsləhət təqdim edirik:
1. Dişlərinizi sol əlinizlə fırçalayın, yox əgər solaxaysınızsa sağ əlinizlə fırçalayın. Bununla beyinin ikinci yarım kürəsi də aktivləşir, düşünmə sürəti artır və yaddaş yaxşılaşır.
2. Alış-veriş üçün tərtib etdiyiniz siyahını vərəqə deyil, beyninizə yazın. Əks təqdirdə 60 yaşına çatdıqda sərbəst şəkildə mağazaya gedə bilməyəcəksiniz.
3. Hər hansı bir filmə baxdıqdan sonra onu beyninizdə canlandırın. Çalışın ki, hadisələrin gedişi filmdəki kimi ardıcıllığa riayət etsin. Buna 20 saniyədən artıq vaxtınız tələb olunmayacaq, lakin faydası əvəzolunmazdır.
4. Hər gün sizi inkişaf etdirəcək ədəbiyyat oxuyun. Bu həftədə 1 kitabdan az olmalı deyil. Nəticədə 1 ildə 52, 10 ildə isə 520 kitab edir!
5. Əgər həqiqətən də mükəmməl yaddaşa sahib olmaq istəyirsinizsə hər gün heç olmasa bir bənd şeir əzbərləyin. Burada da eyni sxem üzrə: həftədə 1 şeir.
Bütün bunlardan əlavə yer fındığı, bal yeyin, çəkinizi qaydaya salın, hər gün gəzintilərə çıxın. Yaddaşınızın mükəmməl olmasını istəyirsiniz? Siqareti tərgidin. Aşiq olun – belə olduqda qanda azot oksidi yaranır ki, bu da zədələnmiş damarları bərpa edir və beyin daha sürətli işləməyə başlayır.