16 C
Baku
Wednesday, October 16, 2024

Mülki aviasiya sahəsində yığımlar və dövlət rüsumları müəyyənləşir

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu ödəniləcək

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə yığımlar və dövlət rüsumu ödəniləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Mülki aviasiya sahəsində aşağıdakı icazələrin, o cümlədən şəhadətnamə, vəsiqə və sertifikatların verilməsi və tanınması xidmətlərinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir:

– hava limanlarına və ya aerodromlara uyğunluq sertifikatının verilməsi;

-. hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi;

– mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi;

-. mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi;

– hava gəmilərinə qeydiyyat sertifikatının verilməsi;

– hava gəmisinin növ sertifikatının tanınması;

– hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi;

– hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması;

– hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi;

– aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqların sertifikatının tanınması;

– xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi;

– müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi;

– qeyri-müntəzəm (çarter) marşrutlara uçuş icazəsinin verilməsi.

Mülki aviasiyada təhlükəsizliyin maliyyə təmini məqsədilə xidmət təminatçılarına mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı tutulur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xidmət təminatçıları tərəfindən göstərilən hava limanları xidmətləri və aeronaviqasiya xidmətlərinə görə yığımların məbləğinin hesablanması qaydasını müəyyən edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər