10 C
Baku
Friday, December 13, 2024

Mülki müdafiə təyinatlı əmlaklar əmlak vergisindən azad ediləcək

Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlaklar əmlak vergisindən azad ediləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahı üzrə əmlak vergisindən azad edilməsi təklif olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər