Mülki Prosessual Məcəllədə 160-dək maddə dəyişib

Milli Məclis

Bu gün Milli Məclisin plenar iclasında üçüncü oxunuşda Mülki Prosessual Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliklər ölkəmizdə məhkəmə-hüquq sistemində davam etdirilən islahatlarla əlaqədar olaraq hazırlanıb.

Mülki-prosessual qanunvericilikdə 160-dək maddəyə dəyişiklik təklif olunur. Əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəməyə hazırlıq institutunun gücləndirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin görülməsi, icrada dönüş institutunun yaradılması ilə əlaqədardır.

Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur. Bundan başqa, dəyişikliklərdə bəzi prosessual müddətlərin azaldılması, bəzilərinin isə artırılması nəzərdə tutulur. Layihədə kasasiya şikayətlərinin hədləri də dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.