Azərbaycanda ev təsərrüfatlarında mülkiyyətdən gələn gəlirlər üzrə adambaşına ən çox aylıq gəlir Bakı şəhərində qeydə alınıb.
Banker.az xəbər verir ki, paytaxta adambaşına mülkiyyətdən gəlir 6.6 manat təşkil edir. Bu isə onu ikinci pillədə izləyən Kəlbəcər-Laçın iqtisadi rayonundan 2.6 dəfə böyükdür. Kəlbəcər-Laçın iqtisadi rayonunda adambaşına düşən mülkiyyətdən gəlir 2.5 manat təşkil edir.
Yuxarı Qarabağda bu göstərici 0.4 manat/aylıq adambaşına təşkil edir ki, bu da respublika ərazisində minimal göstəricidir.