Şəxsi mülkiyyəti olan torpaq sahəsini satan şəxs vergi ödəməlidirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.
Belə ki, fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.