17 C
Baku
Friday, May 24, 2024

Multi milyonerləri işə getməyə nə vadar edir?

Nə qədər pul qazanmaq lazımdır ki, qalan bütün ömrümüzə bəs eləsin? Bir çoxumuz yəqin ki, artıq işə qayıtmamaq üçün bizə lazım olan məbləği hesablayıb. O günü arzulayırıq ki, yorucu işdən, hər səhər ofisə getməkdən, uzun-uzadı hesabatlardan bir dəfəlik qurtularaq qalan ömrümüzü istirahətə həsr edək. Təəssüf ki, bu hələ ki sadəcə arzudur.

Lakin artıq həyatda kifayət qədər pul toplamış və işini bir dəfəlik tərk edə biləcək insanlar var. Buna baxmayaraq, onlar biz düşündüyümüz ki, uzun məzuniyyətlər, səyahətlər etmir, onlar hələ də işləməyə davam edirlər. Həm də çox ciddi şəkildə. Bu insanlar multi milyoner olsalar da qalan günlərini öz yaxtalarında keçirmək əvəzinə, həftənin 40 saatını stressli və yorucu işə sərf edirlər.

İş qrafiki

Niyə? Bu suala WebMediaBrands şirkətinin icraçı direktoru, 400 milyon dollar sərvətə malik Alan Mekler belə cavab verir: “Hələ ki, özümə davamçı hazırlayıram.

Şirkətdə artıq yeni bir lider yarandıqda buranı tərk edəcəm”.

Schwarts Public Relations PR agentliyinin prezidenti milyoner Barri Şvarç isə sadəcə işləməyin onun xoşuna gəldiyi üçün hələ də işlədiyini bildirib: “Əgər sən məşğul olduğun işi sevirsənsə nəyə görə getməlisən?”.

Təqaüdə çıxmış, lakin bir il sonra dayanamayıb yenidən işə qayıdan multi milyoner Bob Şulman deyir: “Çətin problemləri həll etməyi sevirəm”.

Bütün bu insanların ümumi bir ortaq nöqtəsi var: lap əvvəldən onlar nə vaxt sa işdən imtina etmək arzusunda olmayıblar. Bu konfliktin mahiyyəti də məhz bundadır. Çox varlı belə insanlar işi həyatlarının ayrılmaz hissəsi hesab edir, onlar işsiz öz həyatlarını təsəvvür belə etmirlər.

Bütün bu insanlardan fərqli olaraq gənc nəsil isə əksinə düşünür. Onlar işi gündəlik həyat üçün tez bir zamanda az da olsa pul yığmaq vasitəsi kimi görürlər.

Lap gənc yazda olanlar isə pulu özünün qazanmağını elə də vacib saymırlar. TD Ameritrade adlı broker şirkətinin apardığı sorğu nəticəsində məlum olur ki, 13 yaşla 22 yaş arasında olan gənclər öz valideynlərindən qalacaq olan mirasın onların gələcək həyatlarına bəs edəcəyini düşünür və buna görə də təqaüdün hesablanması üçün işləməyi mənasız sayırlar.

Çox varlı insanların işlərinə davam etmələri üçün bir sıra səbəbləri var. Birincisi, təqaüdə çıxdıqda məşğul olacaq çox az şey var. Bir çox milyonerlər öz tutduqları vəzifələri elə asanlıqla tərk etmək istəmirlər. Hər zaman fəth etmək üçün yeni zirvələr yaranır və onlar bunun uğrunda mübarizəyə davam edirlər.

Daha bir səbəb var: zəngin insanlar dəbdəbəli şəkildə yaşamağa adət ediblər və onlar öz vərdişlərindən əl çəkmək istəmirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər