11 C
Baku
Wednesday, December 11, 2024

Multivalyuta əmanəti nədir?

Multivalyuta əmanəti hesabına siz bir neçə valyutada (manat, avro, ABŞ dolları və funt sterlinq)  əmanət açdıra bilərsiniz. Əmanətin müddəti ərzində onun məbləği bir valyutadan digərinə mübadilə edilə bilər.

Hazırda multivalyuta əmanətin növü ilə depozit yerləşdirmək imkanını yaradan banklar çox azdır.  

Bankların adı Valyuta Faizlər aylıq ödənildikdə Faizlər  müddətin sonunda ödənildikdə Minimal məbləğ
Beynəlxalq Bank AZN, USD 9% 1 000 ş.v
EUR, rus rublu və ingilis funtu 5,8% 1 000 ş.v
Bank Technique AZN, USD,  EUR və ingilis funtu 8% 8.4% 1 000 ş.v
USD  və EUR 8% 8.4% 1 000 ş.v
Bank Standard AZN, USD 8% 8,3% 20 000 ş.v.
EUR 2,5% 3% 20 000 ş.v.

Bu əmanət növünün üstün cəhətlərindən biri isə mübadilə zamanı, yəni pulunuzu bir valyutadan digər birinə çevirdiyiniz zaman heç bir komisyon haqqı tutulmayacaq və bankın cari məzənnələrinə uyğun olaraq həyata keçiriləcək.  Belə depozitlər əsasən rublun məzənnəsinin dollara və avroya nisbətdə kəskin enib-qalxması zamanı daha çox tələb olunur.

Multivalyuta əmanətinin  bir mənfi cəhəti var ki, o da faiz dərəcəsi ilə bağlı ola bilər. Çünki bu əmanət növündə təqdim olunan faiz dərəcələri, digər əmanət növləri ilə müqayisədə bir neçə faiz aşağıdır.

Son xəbərlər
Digər xəbərlər