Tez – tez səyahət edən, internet üzərindən alış – verişlər edən, həmçinin ölkədaxili ödənişlərini nağdsız formada həyata keçirən müştərilər bank kartı əldə edən zaman valyuta seçimi etməkdə çətinlik çəkirlər. Səbəb isə kartın valyutası və əməliyyat valyutasının fərqli olduğu hallarda müştərilərdən əlavə olaraq “konvertasiya komissiyası” tutulmasıdır.
Əlavə komissiya ödəməmək üçün müştərilər bir çox hallarda məcbur qalıb fərqli valyutalarda bir neçə kart əldə etməli olurlar. Bildiyiniz kimi, Avropa birliyinə daxil olan ölkələrdə kart əməliyyatları EURO üzərindən, ABŞ və Kanada kimi ölkələrdə, həmçinin əksər online alış-veriş saytlarında keçirilən əməliyyatlar isə USD üzərindən konvertasiya edilir. Aşağıda qeyd edilən Banklar müştərilərin konvertasiya komissiyası ödəməməklə bağlı istəklərini nəzərə alaraq xüsusi bir məhsul dizayn etmişlər.
Məhsul “multivalyutalı” kart adlanır və bir karta bağlı 3 (və ya 4) fərqli valyutalı hesab olur. Məhsulun bu formada dizayn edilməsi əməliyyatın növündən və aparıldığı ölkədən asılı olaraq uyğun valyutada olan hesabın seçilməsinə və bu yolla müştərinin əlavə xərclərinin qarşısının alınmasına kömək edir. Aşağıdakı cədvəldə “multivalyutalı” bank kartlarını təqdim edən banklar və kartların tarifləri qeyd edilmişdir:
Bank | Kart | Hansı valyutalar? | Kartın qiyməti | Nağdlaşdırma komissiyası (ATM) | SMS məlumatlandırma | Digər valyutalarda əməliyyatlar zamanı konvertasiya komissiyası | |
Ölkədaxili | Ölkəxarici | ||||||
NBC Bank | MC / Visa Gold Multivalyuta | AZN/USD/EUR | 1 il – 30 AZN
2 il – 40 AZN 3 il – 50 AZN |
NBC Bank – 1%
Digər Bank – 1.5% |
2% | Aylıq – 1.2 AZN | Əsas valyuta AZN – 1%
Əsas valyuta USD/EUR – 0.5% |
Visa Platinium Multivalyuta | AZN/USD/EUR | 1 il – 50 AZN
2 il – 80 AZN 3 il – 100 AZN |
NBC Bank – 1%
Digər Bank – 1.5% |
2% | Aylıq – 1.2 AZN | Əsas valyuta AZN – 1%
Əsas valyuta USD/EUR – 0.5% |
|
Kapital Bank | Visa Trio Gold | AZN/USD/EUR | 1 il – 45 AZN
2 il – 65 AZN 3 il – 85 AZN |
Kapital Bank – 1%
Digər Bank – 1.5% |
1.5% | Pulsuz | 0.5% |
Visa Trio Platinum | AZN/USD/EUR | 1 il – 60 AZN
2 il – 90 AZN 3 il – 110 AZN |
Kapital Bank – 1%
Digər Bank – 1.5% |
1.5% | Pulsuz | 0.5% | |
Visa Trio Infinite | AZN/USD/EUR | 1 il – 350 AZN
2 il – 550 AZN 3 il – 650 AZN |
Kapital Bank – 1%
Digər Bank – 1.5% |
1.5% | Pulsuz | 0.5% | |
**VTB Bank | Visa Classic | AZN/USD/EUR / RUB | 1 il – 10 AZN
3 il – 25 AZN |
VTB* – 1%
Digər Bank – 1.5% |
1.5% | Aylıq – 2 AZN | 0.8% |
Visa Gold | AZN/USD/EUR / RUB | 1 il – 30 AZN
3 il – 70 AZN |
VTB* – 1%
Digər Bank – 1.5% |
1.5% | Aylıq – 2 AZN | 0.8% | |
Visa Platinium | AZN/USD/EUR / RUB | 1 il – 50 AZN
3 il – 100 AZN |
VTB* – 1%
Digər Bank – 1.5% |
1.5% | Aylıq – 2 AZN | 0.8% |
*VTB Bank multivalyutalı kartları ilə Paşabank və Nikoil Bank ATM-lərində nağdlaşma komissiyası 1% təşkil edir.
**VTB Bank multivalyutalı kartlarında digər üstünlükləri: Depozit funksiyası və Cash – Back funksiyası.
Depozit funskiyasi – Kart üzrə hesabdakı qalıq məbləğinə əlavə gəlir hesablanır. Kartın valyutasından asılı olaraq, gəlir üzrə faiz dərəcəsi illik 0,5%-dən 4,5%-dək dəyişə bilər.
Cash – Back funksiyası – xarici ölkələrdə 100 AZN ekvivalentindən yuxarı olan nağdsız əməliyyatlar zamanı xərclərin 0,5% geri qayıdır.
Banker.az monitorinq qrupu olaraq bildirmək istərdik ki, müvafiq məhsulu təklif edən 3 Bank arasında bizə görə ən sərfəlisi VTB Banka məxsus multivalyutalı kartlardır. Kartın qiymətinin digər rəqibləri ilə müqayisədə münasib olması, həmçinin tıklif etdiyi digər üstünlüklər bu qənaətə gəlməyimizə əsas veri.