18 C
Baku
Saturday, April 27, 2024

Münasibətlər yenə pozuldu

İran və Səudiyyə Ərəbistanı bir müddət əvvəl Çinin vasitəçiliyi ilə barışmışdılar. Pekin bu iki dövlət barışdırmaq üçün xeyli əziyyət çəkdi. İran və Səudiyyə Ərəbistanı təmsilçiləri aylarla Çində danışıqlar apardılar. Nəticədə iki ölkə arasında diplomatik əlaqələr bərpa olundu, səfirliklər yenidən fəaliyyətə başladı. Ancaq Tehran normallaşan gedişatı yenidən pozub.

İran Bəsrə körfəzindəki Əl-Dura qaz yatağına iddiasını ortaya qoyub. Halbuki yatağın böyük hissəsi Küveytin ərazisindədir. Tehran bu amillə hesablaşmayıb. Nəticədə İranla Küveyt arasında münasibətlər gərginləşib. Tehran məsələyə aydınlıq gətirilməsini gözləmədən qaz yatağında qazma işlərinə başlamaq ərəfəsindədir. İran Mill Neft şirkətinin rəhbəri bu barədə açıqlama verib. Küveyt Bəsrə körfəzində İranla sərhədlərin müəyyənləşdirilməsinin tərəfdarıdır. Tehran isə beynəlxalq hüquqla hesablaşmaq istəmir, yatağın adını “Arəş” qoyaraq çalışmalara başlamaq niyyətindədir. Tehran onu da nəzərə almayıb ki, bu yatağın birgə işlədilməsi ilə bağlı Küveytlə Səudiyyə Ərəbistanı arasında saziş mövcuddur.

Bakıda mənzillənən Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İranın qaz yatağında çalışmalara başlamaq istəyi Küveytlə yanaşı Səudiyyə Ərəbistanının da maraqlarına ziddir: “Bu səbəbdən Səudiyyə Ərəbistanı birmənalı şəkildə Küveyti dəstəkləyib. Beynəlxalq ekspertlər də hesab edirlər ki, qaz yatağının böyük hissəsi Küveytə aiddir və Tehranın iddiaları əsassızdır”.

Siyasi şərhçi bildirir ki, Küveyt bölgədəki münaqişələrə qarışmır, neytral xarici siyasət yürüdür. Küveytin İranla münasibətləri də gərginləşdirmək fikri yox idi. Ancaq Tehranın məlum yatağı özününküləşdirməyə çalışması Küveyti müqavimət göstərməyə məcbur edib.

Beləliklə, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə yenidən gərginlik yaranıb. Görünür, Çində aparılan danışıqlarda körfəzdəki qaz yatağı məsələsinə ya diqqət yetirilməyib, ya da bu mövzu ümumiyyətlə unudulub. İran körfəz ölkələri ilə münasibətlərdə gərginlik yaratmaqla vasitəçi kimi çıxış edən Çini də belə bir vəziyyətdə qoyub.

Tehran Pekinin vasitəçilik missiyasına zərbə vurub.  Bu Pekin-Tehran münasibətlərinə də mənfi təsir edə bilər.

“Tehran keçmiş illərdə eyni ilə Azərbaycana da Xəzərdəki bəzi yataqlarında çalışmalarına mane olmaq istəyirdi. Tehran Azərbaycana aid olan yataqları “mübahisəli” adlandırırdı. Tehran bu zaman Xəzərdə sərhədlərin müəyyənləşməməsinə istinad edirdi. Ancaq bu bəhanə idi. Tehran sadəcə, Azərbaycanın Qərbin neft şirkətləriylə imzaladığı sazişlərin reallaşmasına mane olmaq istəyirdi. Alınmadı. İranın qaz yatağına görə Küveyt və Səudiyyə Ərəbistanı ilə mübahisəyə başlaması da onun xeyrinə olmayacaq. Vaxtilə İraqın diktatoru Səddam Hüseyn Küveytə basqın etdi. Nəticəsi İraq və Səddam Hüseyn üçün yaxşı olmadı”- deyə, Şahinoğlu əlavə edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər