Almaniyanın Münhen hava limanında bu gün baş verən tətil səbəbindən 36 reys təxirə salınıb.
Bu haqda Münhen Hava Limanı açıqlama yayıb.
Bildirilib ki, yerüstü xidmət göstərən işçilər səhər saat 10:00-dan axşam saat 15:00-dək tətil ediblər.
Qeyd edək ki, həmkarlar ittifaqı hava limanında baqaj, yük daşımaları və daşıma xidmətləri göstərən işçilərin maaşlarının 10 faizdən çox artırılmasını tələb edir.