Dünyanın əsas siyasi müzakirə mərkəzlərindən sayılan Münhen Təhlükəsizlik Konfransı təxirə salınıb.
Konfrans fevralın 19-21-i tarixlərində keçirilməli idi.
Koronavirus pandemiyası ilə bağlı Konfransın keçirilmə tarixi dəyişdirilib. Onun hansı tarixdə keçiriləcəyi hələlik açıqlanmır.








