Müqaviləsi bitmiş işçi məzuniyyətdə olan zaman nə vaxt işdən, azad oluna bilər?

0

Əmək Məcəlləsinin 73 maddəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Misal – 1. Uğur-Onur MTK-nın mühəndisi Samir Əliyevlə 2018-ci ilin aprel ayının 2-dən bir illik müddətli müqavilə bağlanır. S. Əliyev müqaviləsinin bitməsinə 10 gün qalmış əmək məzuniyyətinə çıxır. Aprel ayının 20-si məzuniyyəti bitir. Baxmayaraq ki, 02 aprel 2019-cu ildə onunla bağlanmış müqavilənin müddəti bitib, amma məzuniyyətdə olduğu üçün müddət məzuniyyətin sonuna kimi uzanır. Bu baxmıdan aprel ayının 20-dən onunla bağlanmış müqaviləyə xitam verilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Misal – 2. Sabirabad MMC-nin kargüzarı Həsən Məmmədovla 2018-ci ilin mart ayının 1-də bir illik müddətli müqavilə bağlanır. H. Məmmədov müqaviləsinin bitməsinə 5 gün qalmış əmək məzuniyyətinə çıxır. Bayram günləri də məzuniyyətə düşdüyü üçün məzuniyyətin müddəti aprel ayının 2-nə kimi uzanır. Aprel ayının 2-də müqaviləyə xitam verilmir. Aprel 8-də də müqaviləyə (həftənin sonuncu günü) xitam verilmir. Aprel ayının 9-da artıq müddətli əmək müqavilə avtomatik bir ilədək uzadılmış hesab olunur. Belə olan halda 2020-ci ilin mart ayının birinə kimi.

İqtisadçı – ekspert Rauf Qarayev