7 C
Baku
Wednesday, December 25, 2024

Müsəlmanların bəşəriyyətə hədiyyə etdikləri ixtiralar

1. Qəhvə

Bir əfsanəyə əsasən, ərəb Xalid Efiopiyanın cənubi regionunda Kaffada öz qoyunlarını otarırdı və heyvanların müəyyən giləmeyvələri yediklərində daha enerjili olduqlarını diqqət yetirib. Həmin giləmeyvələri toplayaraq Xalid ilk qəhvəni dəmləyir.

Qəhvənin ixracı haqqında ilk məlumatlar onun Efiopiyadan Yəmənə idxalına aiddir. Artıq 15-ci əsrdə qəhvə Məkkəyə, Türkiyəyə gətirilmişdir, oradan isə qəhvə 1645-ci ildə Venesiyaya gəlmişdi. İngiltərəyə qəhvə dənələrini 1650-ci ildə türk Paskua Rosi gətirmişdi və London küçəsi Lombardda ilk qəhvəxananı açır. «Qəhvə» sözünün yaradılmasının öz tarixçəsi var: ərəb sözü “qahwa” türk sözü “kahve” çevrilmişdir. İtalyanlar bu sözü “caff», ingilislər “coffee” kimi mənimsəmişlər.

1. Kamera

Qədim yunanlar gözlərin işıq saçdığını və insanların buna görə gördüklərini hesab edirdilər. İlk olaraq 10-cu əsrdə yaşayan müsəlman riyaziyyatçısının, astronomunun və fizikin İbn əl- Haytamın (Ibn al-Haitham) əslində işığın insan gözünə daxil olduğu ağlına gəlmişdi. İşıq şüalarının pəncərə taxtaları arasındakı məsamələrdən necə keçdiyini izləyərək o, boşluğun nə qədər balaca olduğunda, rəsmin bir o qədər yaxşı göründüyünü müşahidə etmişdi və bununla o, ilk obskur kameranı icad etmişdi («qamara» ərəb dilindən tərcümədə «qaranlıq və ayrı otaq» deməkdir). Həmçinin əl-Haytamın ilk olaraq fizikanı fəlsəfə elmlərinin bölməsindən eksperimental elmə çevirdiyi hesab edilir.

2. Şahmatlar

Şahmatı qədim hindlilərin icad etdikləri hesab edilir. Lakin həmin şahmat bizim indi oynadığımız şahmatdan bir xeyli fərqlənir. Şahmatların müasir variantı isə İranda yaradılmışdır. Oradan isə Avropaya yayılmışdı.

3. Paraşüt

Rayt qardaşlarından min il əvvəl uçan aparat yaratmaq fikri müsəlman şairi, astronomu və mühəndisi Abbas ibn Firnasın ağlına gəlmişdi (Abbas ibn Firnas). 852-ci ildə o, sərbəst şəkildə dalğalanan plaşına taxtalar yapışdırır və məscidin damından tullanır. Firnas quş kimi uçacağına ümid edirdi, lakin onun ümidləri puç olmuşdu. Plaş uçuşu yavaşlatmışdı və ilk paraşütü xatırladırdı. 70 yaşında olarkən Firnas öz apparatını təkmilləşdirərək bir daha uçmağa cəhd edir və dağın başından tullanır. O, 10 dəqiqə havada qalmağı bacarmışdı, lakin yerə enərkən ölümcül zərbələr almışdı. Çünki o, öz apparatına quyruq düzəltməmişdi.

4. Sabun və şampun

İslamın tələblərindən biri də duş almaqdır. Ehtimal edilir ki, məhz bu səbəbdən müsəlmanlar sabunun reseptinin yaxşılaşdırılması üstündə çalışırdılar. Qədim misirlilərdə, romalılarda sabuna bənzər ləvazimatın olduğu məlumdur. Lakin ilk olaraq məhz ərəblərin ağlına bitki yağlarını natrium hidroksid və aromatik birləşmələrlə qarışdırmaq gəlmişdi. İngiltərədə ilk şampun 1759-cu ildə bir müsəlmanın Braytonda hamam açdığına əmələ gəlmişdi.

5. Müasir kimya

Yabir ibn Hayan (Jabir ibn Hayyan) əlkimyanı kimyaya çevirən ilk alim olmuşdur. 9-cu əsrdə o, müasir kimyada bugünkü günə qədər istifadə olunan prosessləri icad etmişdi: distillə, kristallaşma, ərimə, emal, oksidləşmə, buxarlanma və filtrasiya. Hayan sulfat və azot turşusunu tapmışdı və distillə apparatını icad etmişdi. Bu apparatın sayəsində dünyada alkoqol içkilərini və ətrin istehsalında istifadə olunan aromatlar əmələ gəlmişdi.

7. Oxvari arka

Oxvari arka Avropa qotik kilsələrin səciyyəvi xüsusiyyətidir. Lakin bu cür arkaların yaradılması fikri müsəlman memarlığından mənimsənmişdi. O, romalıların istifadə etdiyi yarımdairəli arkadan daha bərk idi. Həmçinin avopalılar müsəlmanlardan şəbəkələri mənimsəmişdilər. Avropa qəsirləri müsəlman qəsirlərinin sürətinə çevrilmişdilər. Məsələn, Henrix V qəsrinin memarı müsəlman olub.

8. Cərrahi alətlər

Bir çox müasir cərrahi alətlər (skalpellər, tibbi mişarlar, nazik qayçılar) müsəlman cərrahı əl- Zaxravinin (al-Zahrawi) icad etdiyi kimi qalıblar. 13-cu əsrdə müsəlman həkimi İbn Nafis (Ibn Nafis) qan dövranı prosessini təsvir etmişdi. Müsəlman həkimləri ağrı kəsiciləri icad etmişdilər.

9. Külək dəyirmanı

Külək dəyirmanını ərəblər 634-cü ildə icad ediblər və onu qarğıdalının üyüdülməsində və su ilə təchizatda istifadə edirdilər. Ərəb səhralarında energiyanın yeganə mənbəsi aylarla eyni istiqamətdə əsən külək idi. Külək dəyirmanlarının ya parça, ya da palma yarpaqları ilə örtülmüş 6 və yaxud 12 qanadı var idi. Avropada ilk külək dəyirmanları yalnız 500 ildən sonra əmələ gəlmişdilər.

10. Peyvənd

İlk olaraq peyvənd fikrini Cenner və Pater deyil, müsəlmanlar təklif etmişdilər. Avropaya bu texnika 1724-cü ildə Türkiyədən gəlmişdi. İstanbulda bu prosedura ingilis səfirinin həyat yoldaşı fikir vermişdi. Türkiyədə avropalıların vaksinasiyanı icad etmələrindən 50 il əvvəl uşaqlara çiçək xəstəliyindən peyvənd edirdilər.

11. Avtoqələm

İlk avtoqələmi 953-cü ildə sultan üçün fikirləşib icad etmişdilər: hökmdar onun geyimini və əlini batırmayan qələm tələb etmişdi.

12. Nömrələmə sistemi

Ehtimal olunur ki, bütün dünyada istəfadə olunan nömrələmə sistemini Hindistanda icad olunmuşdu. Lakin sayların forması ərəb mənşəlidir və ilk dəfə 825-ci ildə çap vəziyyətdə müsəlman riyaziyyatçısı əl- Xvarizminin (al-Khwarizmi) və əl- Kindinin işlərində müşahidə olunmuşdu. «Cəbr» sözünün prototipi əl- Xvarizminin “Al-Jabr wa-al-Muqabilah” kitabının adı olmuşdur. Qeyd edək ki, kitabda təsvir olunmuş prinsiplər bügünkü günə qədər istifadə olunurlar. Müsəlman riyaziyyatçılarının işləri (alqoritmlər və bir neçə triqonometriya nəzəriyyələri daxil olmaq şərti ilə) Avropaya yalnız 300 ildən sonra gəlib çıxmışdılar.

13. Üç yeməkdən ibarət olan nahar yeməyi

Üç yeməkdən ibarət olan nahar anlayışı – şorbadan, ondan sonra isə ət və balıqdan, daha sonra isə meyvə və qozlardan ibarət olan nahar – 9-cu əsrdə İraqdan Kordovaya özü ilə Əli ibn Nafi (Ali ibn Nafi) gətirmişdi. Həmçinin o, xrustal stakanların istifadəsini dövriyyəyə salmışdır. Qeyd edək ki, xrustal stakanları daha öncə qeyd etdiyimiz Abbas ibn Firnas icad etmişdi.

14. Xalçalar

Orta əsrlərdə müsəlmanlarda xalçalar cənnətin əvəz olunmaz bir hissəsi hesab edilirdilər. Xalçatoxuma texnikası çox inkişaf etmişdi, daim yeni boyalar əmələ gəlirdi. Avropada isə yeri hörülmüş pledlərlə örtürdülər. Bu pledlərin altı isə zibil və sümüklərlə dolu olurdu. Ərəb və fars xalçalarının bu qədər məşhur olmaları və tez mənimsilmələri təəccüblü deyil.

15. Qəbz

Müsəlmanlar olmasa idi, hələ də qəbzlər olmaz idi. «Qəbz» sözünün özü isə ərəb sözü “saqq” sözündən əmələ gəlmişdi. «Saqq» sözünün mənası çatdırılmada məhsulun ödənilməsinin yazılı şəkildə sübutu. Qəbzlərə tələbat böyük məsafələrə pulların nəql edilməsinin çox təhlükəli olduğu üçün yaranmışdır. Artıq 9-cu əsrdə müsəlman iş adamları Çində Bağdad banklarına yazılmış qəbzləri nağdlaşdıra bilərdilər.

16. Yer üzü dairəvidir

9-cu əsrdə bir çox müsəlman alimləri Yer üzünün dairəvi olduğunu düşünürdülər. Astronom İbn Xazmanın (Ibn Hazm) sözlərinə görə, bu faktın sübutu «Günəşin Yer üzünün hər hansısa bir nöqtəsinə nisbətdə şaquli yerləşir» ifadəsindədir. Müsəlmanlar bunu Qalileydən 500 il əvvəl kəşf etmişdilər. Müsəlman astronomlarının hesablamaları o qədər dəqiq idi ki, onlar ekvatorun uzunluğunun 40253,4 kilometr olduğunu təxmin edərək cəmi 200 kilometr səhv hesablamışdılar.

17. Torpedlər və raketlər

Çinlərin selitradan barıtı icad etmələrinə və onu bayramlarda atəş-fəşanlıqda istifadə etmələrinə baxmayaraq, məhz ərəblər onu kalium selitrası ilə təmizləməyi və hərbi məqsədlərdə istifadə etməyi ixtira etmişdilər. Müsəlmanlar öz silahları ilə səlib yürüyüşçülərini qorxuda bilmişdilər. Artıq 15-ci əsrdə onlar raketi icad etmişdilər. Onlar onu «özü hərəkət edən və yanan yumurta» adlandırmışdılar.

18. Bağlar

Orta əsrlərdə Avropada bağçalar var idi, lakin məhz ərəblər bağları istirahət və meditasiya yeri kimi görürdülər. İlk kral bağları 11-ci əsrdə müsəlman İspaniyasında yaradılmışdır. Qərənfillərin və zanbaq güllərinin vətəni həmçinin müsəlman ölkələridir.

Son xəbərlər
Digər xəbərlər