Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC-də yeni təyinat həyata keçirilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Musa Xudiyev qurumun İdarə Heyəti sədrinə müşaviri vəzifəsinə təyin olunub. Hazırda qurumun sədri Manaf Babayevdir.
M.Xudiyev bu vəzifədə 2026-cı ilin iyun ayından fəaliyyət göstərir.
Bundan əvvəl o, 2020–2025-ci illərdə “AFB Bank” ASC-də Satış Ofisinin direktoru, 2020-ci ilin əvvəlində isə bankın sədrinin müşaviri olub. Daha əvvəl “Rabitabank” ASC-də Filialların idarəedilməsi departamentinin direktoru, “Bank Standard” ASC-də Satış və POS idarəetmə mərkəzinin direktoru, İnkişaf və idarəetmə layihələri bölməsinin rəhbəri, eləcə də Əməliyyat və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Zaminbank ASC-də kassir kimi başlayan M.Xudiyev sonradan həmin bankın Biznes filialında baş mühasib vəzifəsinədək yüksəlib.
Musa Xudiyev 2001–2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb.







