Müsahibəyə bilet: işəgötürənin nöqteyi-nəzərindən  mükəmməl CV necə olmalı

0
Large group of unrecognizable business people waiting for a job interview. Focus is on man with blue clipboard.

CV-də nələri yazmaq lazım deyil

Zəmanə kimi, CV-yə qarışı irəli sürülən tələblər də dəyişilib. Artıq işəgötürənlərə namizədin keçmiş iş yerində yerinə yetirdiyi öhdəliklərin siyahısı maraqlı deyil. Əsas da şablon ifadələr, sanki onlar sizin əmək kitabçanızdan olduğu kimi köçürülüb. Müasir CV necə tərtib edilməlidir?

Ekspertlər qeyd edirlər ki, müasir dövrdə başqaların vaxtına yüksək qiymət verən insanlara böyük tələbat var. Təcrübəli işəgötürənin CV-ni qiymətləndirməsi üçün 10 saniyə kifayət edir. Buna görə də burada əsas prinsip – lakoniklik. CV-nin strukturuna xüsusi diqqət yetirin: iş təcrübəsi, əsas bacarıqlar və özünüz haqqında məlumat. Bu bölmələrin hər birinin xarakterik cəhətləri var.

Özünüz haqqında


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bütün ekspertlər bir ağızdan söyləyirlər: “stressə davamlı”, “məsuliyyətli” və “kommunikativ” kimi şablon sözlər, onları çox qıcıqlandırır. Bu, o demək deyil ki, sadalanmış keyfiyyətlər tamamilə əhəmiyyətsizdir. Sadəcə bir az dərindən düşünsək başa düşərik ki, hər bir əməkdaş məsuliyyətli, hər bir satış meneceri isə stressə davamlı olmalıdır. Bu keyfiyyətlər fərqləndirici cəhətlər kimi qəbul edilməli deyil.

Əlbəttə ki, CV-də bu kimi keyfiyyətləri qeyd edə bilərsiniz, lakin ekspertlər onları bir qədər dəyişməyi tövsiyə edirlər. Məsələn, “kommunikativ” sözünü “insanlarla tez əlaqə qurmağı bacarıram” ifadəsi ilə əvəz edə bilərsiniz. “Stressə davamlı” söz birləşməsini “problemli müştərilərə adekvat reaksiya verirəm və mövcud problemin optimal həll yollarını təklif etməyi bacarıram” və s.

“Özüm haqqında” bölməsində yalnız tutmaq istədiyiniz vəzifəyə aidiyyəti olan keyfiyyətləri və bacarıqları qeyd etmək lazımdır.

Əsas bacarıqlar

Çox vaxt iş axtarışında olan insanlar, bu bölməyə nə yazacağını bilmirlər. Əgər əvvəllər namizədlər buraya “təcrübəli kompüter istifadəçisi” və ya “Microsoft Office paketinin təcrübəli istifadəçisi” kimi ifadələri əlavə edirdisə, müasir dövrdə bütün bu bacarıqlar artıq adiləşib.

Burada yalnız xüsusi proqramlar üzrə bacarıqlarınızı əlavə edə bilərsiniz: Tableau (analitik üçün), AutoCAD (memar üçün) və s. Əsas bacarıqlar, işinizin xüsusiyyətlərini işarə edən “həştəqlər” dir.  

Ekspertlərin fikrincə, xarici dildən götürülmüş terminlərin tərcümə edilməsində heç bir ehtiyac yoxdur. Artıq hər bir kəs söhbətin nədən getdiyini asanlıqla başa düşür.

İş təcrübəsi

CV-nin bu bölməsinə məlumat əlavə etdiyiniz zaman, unutmayın ki, burada vakansiyanı təsvir etmək lazım deyil. Namizəd reallıqda iştirak etdiyi layihələri və əldə etdiyi nəticələri qeyd etməlidir.

İş bölməsi blokunda əsas vəzifələrinizi qeyd etdikdən sonra, nailiyyətləriniz barədə daha ətraflı yazmağınız tövsiyə olunur. Məsələn, sürücü heç vaxt qəzaya düşmədiyini, kuryer isə sifarişləri hər zaman vaxtında çatdırdığını qeyd edə bilər. Vəzifələrin üzərinə deyil, işin spesifikasına, həcminə və məsuliyyətin dərəcəsinə vurğu edin. Çalışdığınız şirkət haqqında da bir-iki cümlə yazmağınız məqbul sayıla bilər.

Nəticədə, CV sizin təcrübənizi, əldə etdiyiniz nəticələri və bacarıqları əks etdirməlidir. Burada epitetlərdən, metaforalardan və ya budaqlı cümlələrdən istifadə etməyiniz məqsədəuyğun deyil.

Xüsusilə vurğulamaq lazımdır ki, CV-nin ümumi həcmi iki A4 səhifəsini aşmamalıdır. Layihə menecerləri, idarəçilər və dar sahə üzrə ixtisaslaşmış mütəxəssislər, öz CV-ni təqdimat şəklində hazırlayırlar.

Müasir dövrün digər tendensiyalarından biri də, elektor poçt və telefon nömrəsindən başqa sosial şəbəkələrdəki şəxsi səhifənin qeyd edilməsidir.