Bizim hər birimiz bilirik ki, istənilən mübahisəni həll etmək üçün – mübahisədən qaçmaq lazımdır. Lakin, bəzən vəziyyət bunun əksinə olaraq, öz nəzər nöqtənizin üzərində inadla durmağınızı və inadcıl müsahibinizi öz fikrinizə inandırmağınızı tələb edir.
Aşağıda verilmiş məsləhət bu vəziyyətdə sizə kömək edəcək:
Dürüst və nəzakətli olun:
Hər şeydən öncə insanın zəif nöqtələrinə toxunmayın: onun xətrinə dəymək, təhqir etmək və şəxsiyyətinə toxunmaq lazım deyil. Belə etdikdə siz ona heç nəyi sübut edə bilməyəcəksiniz və o bundan sonra dediyiniz hər şeyi inkar etməyə başlayacaq. Bu vəziyyətdə isə bir insanı yola gətirmək demək olar ki, qeyri-mümkündür.
İlk olaraq güclü arqumentlərdən istifadə edin:
İlk olaraq öz pozisiyanız barədə güclü və təsirli arqumentlərdən başlayın, digər xırdalıqları isə fikrinizi qüvvətləndirmək üçün sona saxlayın.
Etibar qazanın:
Müsahibinizin gözündə öz statusunuzu və imicinizi yüksəltməyə çalışın: söhbət zamanı bu məsələni artıq praktikadan bildiyinizi, bununla artıq neçə ildir məşğul olduğunuzu və konkret nəticələr alaraq yaxşı pullar qazandığınızı bildirin.
Hiyləgərlik işlədin:
Mübahisə zamanı istifadə edə biləcəyiniz ən güclü silah bu sözlərdir: “Bəli, bəli, sən haqlısan, bu yaxşı fikirdir, lakin məhz bu məsələdə sən yanılırsan…” İnsan onun fikirlərinin diqqətə alındığını hiss etdikdə artıq digərlərinin də fikirlərinə qulaq asmağa başlayır.
Saxta yaltaqlıq:
Müsahibinizi tərifləyin! Təriflər, gözlənilməz komplimentlər hər kəsi təəccübləndirir və sevindirir. Sizə lazım olan da məhz budur – rəqibinizin rahatlamasına səbəb olmaq və onun vəziyyət üzərində idarə qabiliyyətini endirmək.
İnsanlar xeyiri və faydanı sevirlər:
Müsahibinizi inandırmağa çalışın ki, sizin dedikləriniz onun üçün çox xeyirli və faydalıdır və onun göstərdiyi arqumentlər ona heç bir xeyir qazandırmayacaq.
Gözlənilməz diqqət və hörmət sərgiləyin:
Müsahibiniz sizi qıcıqlandırsa belə onu diqqətlər dinləyin: istənilən insan kimin ona qarşı diqqətcil olduğunu hiss edir, üstəlik də onunla əks fikirlərə sahib olan bir insanın ona diqqətlə qulaq asdığını gördükdə vəziyyət sizin xeyrinizə dəyişə bilər.