“Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri Niyazi Şaiq oğlu Vəliyev işdən çıxıb.
Bu barədə BOKT-dan bildirilib.
Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, N.Vəliyev vaxtilə, hazırda ləğvetmə prosesində olan “Dekabank” ASC-nin İdarə Heyətinin sədri olub. O, həm də “Brand Credit”in 47%-lik təsisçisidir. 2011-ci ildə yaradılmış və nizamnamə kapitalı 900 min manat olan BOKT-un digər təsisçiləri yenə də 47%-lik payla Şaiq Vəli oğlu Vəliyev və 6%-lik payla Şəbnəm Rafiq qızı Vəliyevadır.