2 C
Baku
Saturday, December 14, 2024

Müşahidə Şurasının sədri işdən çıxıb

“Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri Niyazi Şaiq oğlu Vəliyev işdən çıxıb.

Bu barədə BOKT-dan bildirilib.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, N.Vəliyev vaxtilə, hazırda ləğvetmə prosesində olan “Dekabank” ASC-nin İdarə Heyətinin sədri olub. O, həm də “Brand Credit”in 47%-lik təsisçisidir. 2011-ci ildə yaradılmış və nizamnamə kapitalı 900 min manat olan BOKT-un digər təsisçiləri yenə də 47%-lik payla Şaiq Vəli oğlu Vəliyev və 6%-lik payla Şəbnəm Rafiq qızı Vəliyevadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər