15 C
Baku
Saturday, April 20, 2024

Musanın qızılları

Tarixdə dövlət hakimlərinin əliaçıqlığının real iqtisadi böhranlarla nəticələndiyi bir neçə hallara rast gəlmək mümkündür.

Buna parlaq nümunə kimi Malinin imperatoru Mansa Musanın 1324-cü ildə Məkkəni ziyarət etməsini göstərmək olar. Səfər zamanı Musanı 60 000 xidmətçi müşayiət edirdi, onların hərəsinin üzərində qızıl var idi. Qızıl (bir tondan çox qızıl tozu) həmçinin 80 dəvədən ibarət xüsusi karvanlarda aparılırdı.

Musa qızılı məmur və kasıblara hədiyyə edir, həmçinin suvenir formasında paylayırdı. Cümə günü ziyarət etdiyi hər şəhərdə Musa məscid tikməyi əmr edirdi. Nəticədə o, o qədər qızıl sərf etdi ki, sonrakı 10 il ərzində qızıl dəyərsizləşdi və Qahirə, Məkkə və Mədinəni iqtisadi kollaps vəziyyətinə saldı.

Bəzən bədxərclik – heç də ən yaxşı siyasət sayılmır.

Son xəbərlər
Digər xəbərlər