“Music Gallery” də müştərilərinə güzəşt edənlər sırasına qoşuldu.
Banker.az-a daxil olan məlumata görə, “Music Gallery” kredit ödənişi olan bütün müştərilərin 29 mart tarixindən etibarən Aprel ayı üçün HƏLƏLİK 1 AYLIQ müddətinə kredit ödənişlərinə möhlət verib.
Qeyd edək ki, ölkəmizdəki Covid-19 (Koronavirus) infeksiyasına qarşı mübarizəyə tam dəstək vermək üçün 29 Mart tarixindən etibarən “Music Gallery” mağazaların fəaliyyətinə müvəqqəti olaraq fasilə verilib.
Bildirək ki, Music Gallery şirkəti 1993-ci ildə yaradılmışdır və hal-hazırda müasir formatlı evləri məişət texnikası və elektronika ilə təchiz edən mağazalardır.