13 C
Baku
Saturday, May 18, 2024

Musiqi müəllimlərinin işə qəbul qaydaları təsdiqləndi

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərimə müəllimlərin işə qəbul qaydaları təsdiqlənib.

Nazirlikdən verilən xəbərə görə, bu barədə mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Qaydalara əsasən, həmin məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə həyata keçirilir.

Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Müsabiqə ildə bir dəfə təşkil olunur.

 

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər