Cefri Tompson – professional musiqiçi və mütaliəçi – səslərin müalicə məqsədləri ilə və şüurun dəyişilmiş vəziyyətlərinə tətbiq sahəsində araşdırmalara 1981-ci ildə başlamışdı. Onun neyroakustik tədqiqatlar mərkəzi Ensinintase şəhərində, Kaliforniya ştatında, təxminən San-Diyeqo şəhərində 30 mil şimalda yerləşir.
1981-ci ildə onun tərəfindən xüsusi səs emalı texnologiyaları tərtib edilmiş və patentləşdirilmişdir və onun tərəfindən buraxılan bir sıra albomlar özünə beynəlxalq təsdiq tapmışdır. Bu albomlar hipnozçular, psixoloqlar, insanları müxtəlif dəyişilmiş şüuru vəziyyətlərə salmaq vasitəsi ilə müalicə edən loğmanlar tərəfindən, həmçinin yuxunun normallaşdırmaq və stressi aradan qaldırmaq məqsədi ilə geniş istifadə olunurdu.
Stereo-qulaqcıqlar vasitəsi ilə onun musiqisinə qulaq asmaq beynin yarımkürələri arasında sinxronlaşma effekti yaradır.
Yarımkürələr arası sinxronlaşma effekti – neyrofiziologiya sahəsinə məxsus bir təzahürdür, bu prosesin gedişində sizin beyninizin yarımkürələri “eyni ritm altında” işləyir. Bunu adətən “bəsirət” məqamları və yaradıcı yüksəlişlərlə əlaqələndirirlər.
Səslərin alfa/teta-dalğaları və onların harmoniyaları diapazonunda modulyasiyası dinləyicinin beynində analoji tezliklərdə əks-sədaya (cavab reaksiyasına) səbəb olur.
Modulyasiya texnologiyalarından istifadə ən fərqli səslərin ( musiqi alətlərinin, insan səsinin, təbiət səslərinin və s.) strukturuna ən fərqli ritmləri elə şəkildə “quraşdırmaq” imkanı verir ki, onlar insan şüuru üçün daha fərqli olmağı dayandırır, amma insan beyninin aktivliyinə təsir göstərməyə davam edir.