Banker.az xəbər verir ki, Tesla və Space X şirkətlərinin rəhbəri Elon Musk dünyanın ən populyar kriptovalyutası Bitcoinin yaradıcısı olması ilə bağlı şayiələri təkzib edib.
O bu haqda şəxsi Twitter hesabında yazıb.
“Bu doğru deyil. Dostum bir neçə il əvvəl mənə BTC payını vermişdi, lakin indi harda olduğunu bilmirəm” – deyə Musk qeyd edib.
Qeyd edək ki, 27 noyabrda CryptocoinNews nəşri Yale universitetinin informatika tələbəsi Sahil Quptanın iddiasını elan edib. Adı qeyd edilən bu tələbə Bitcoinin yaradılmasının arxasında sahibkar Elon Muskın dayandığını güman edib. Quptanın sözlərinə görə, Bitcoin rəqəmsal valyutasının yaradıcısı hesab olunan Satosi Nakamoto ləqəbinin arxasında məhz bu biznesmen gizlənir.
Elə həmin gün Bitcoin valyutasının məzənnəsi 9 min dolları üstələdi. Bu gün isə dünyanın ən populyar rəqəmsal valyutası 10 000 dollar göstəricisini geridə qoydu.