15 C
Baku
Saturday, November 2, 2024

Musk “Tesla” şirkətinin $20 milyonluq səhmlərini almağı planlaşdırır

Elon Musk 20 milyon dollar dəyərində Tesla şirkətinin səhmlərini almağı planlaşdırır.

Banker.az Technote-yə istinadla bildirir ki, bu barədə o öz Twitterhesabında ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) ilə razılığından sonra qeyd edib. Qeyd etmək lazımdır ki, SEC-in qərarı ilə Tesla ilə Musk ümumilikdə 40 milyon dollar cərimə ödəməlidirlər.

Musk-ın Tesla şirkətinin səhmlərini nə zaman alacağı hələki bilinmir. Tesla şirkəti bu barədə heç bir fikir bildirməyib. Hal hazırda Musk Tesla şirkətinin ən böyük səhmdarıdır. Belə ki, şirkətin 20% səhmi ona məxsusdur. Hal hazırda Tesla şirkətinin bir səhminin qiyməti 280$ təşkil edir. Beləliklə Musk 71428 səhm ala bilər.

Son xəbərlər
Digər xəbərlər