14 C
Baku
Wednesday, April 17, 2024

Müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası hazırlanacaq

Maliyyə Monitorinqi Xidməti iki ay müddətində müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorlarını, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Eyni zamanda Maliyyə Monitorinqi Xidməti iki ay müddətində müştəri uyğunluğu tədbirlərinə, o cümlədən sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələbləri, yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinin həyata keçirilməsi qaydasını, öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Son xəbərlər
Digər xəbərlər