8 C
Baku
Wednesday, November 30, 2022

Müştəri Xidmətləri mütəxəssisi – Azərbaycan Sənaye Sığorta ASC

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: Müştəri Xidmətləri mütəxəssisi

Namizədə aid tələblər:

• Ali təhsil;
• İş təcrübəsi 1 il;
• Microsoft Office;
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür;
• Ünsiyyətçil;
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Müştərilər ilə müntəzəm olaraq əlaqə saxlamaq;
• Müştərilərin cəmiyyətin məhsulları, xidmətləri haqqında sorğularına dolğun, düzgün cavab və məsləhət vermək;
• Baş vermiş hadisə və sığorta ödənişi ilə bağlı elektron məlumat bankı (baza) yaradır və ondan istifadə etmək;
• Hadisənin səbəbi və nəticələri barədə səlahiyyətli dövlət orqanlarına rəsmi sorğunun göndərilməsində iştirak etmək;
• Sığorta hadisəsi ilə bağlı müvafiq sənədlərin toplanmasında yaxından iştirak etmək;
• Bildirişlərin, imtina, məlumatlandırma məktubların tərtib etmək;
• Şöbəyə daxil olan ilkin uçot sənədləri əsasında bütün hadisələrin, sığortalıların və sığorta ödənişinin müvafiq qaydada qeydiyyatını aparmaq;
• Sığorta hadisəsi ilə bağlı müvafiq sənədləri toplayır, yoxlayır, rəsmiləşdirir və ödənişə hazırlamaq;
• Tibbi Sığorta ilə bağlı sərbəst müraciətlərin qəbulu, müvafiq sənədlərin toplanması və məlumatların sistemə vurulması, ödəniş təsdiqinin təqibi, ödəniş aktlarının müştəriyə imzalanmasını təmin edilməsi və s.;
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 14.09.2018-ci il tarixinədək  [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Müştəri Xidmətləri Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər
X