18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Müştəriləri Bank “BTB”dən depozitlərin bir hissəsini geri çəkib – SON DURUMU AÇIQLANDI

Bank “BTB” ASC-nin müştəriləri 2021-ci ilin ilk rübü ərzində depozit vəsaitlərinin bir hissəsini geri çəkməli olublar.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında deyilir.

Məlumata görə, bankın müştəriləri son 3 ay ərzində 8.47 milyon manatı yaxud 6% depozitləri geri çəkməklə portfelin həcmini 130.88 milyon manata qədər azaldıb.  Bank “BTB”yə banklar və digər maliyyə institutlarından cəlb edilən depozitlərin həcmi isə 15.63 milyon, yaxud 99.3% azıdılmaqla cəmi 115 min manata endirilib.

Bank “BTB” özü də digər maliyyə institutlarındakı depozit vəsaitlərinin yarıdan çoxu, yəni 55%-ni geri çəkməklə portfeli 9.73 milyon manata qədər azaldıb.  Aktivlərindəki qiymətli kağızlar portfelinin həcmini 57% azaltmaqla 6.46 milyon manata, maliyyə institutlarına verilmiş kreditin həcmini 24% azaltmaqla 15.3 milyon manata qədər azaltmış, müştərilərə verdiyi kreditin həcmini 2.2% artırmaqla 210.73 milyon manata, əmlakın həcmini isə 4.2% artırmaqla 69.15 milyon manata qədər artırmışdır.

Bankın nizamnamə kapitalı 66.45 milyon manatdır.

Xatırladaq ki, Bank “BTB”nin səhmlərinin 74.99% -i Nigar Mehdiyeva, 19.01%-i Rza Sadiq və 6%-i Tükəzban Mahmudovaya məxsusdur.

32934u30o4 wqe23423

Son xəbərlər
Oxşar xəbərlər