“Müştərilərin əlaqə vasitələri yalnız İSB-nin bazasında olacaq”: Şirkətlərin narahatedici zənglərinə son qoyulur

Bəzən insanların icbari avto-sığortası bitməmiş sığorta şirkətlərinin işçiləri bir-bir həmin şəxlərə zəng etməklə özlərinə bununla müştəri yığmaq istəyirlər. Bu isə insanların şəxsi məlumatlarının bölüşdürülməsi halına gətirib çıxarır. İctimai TV-nin “3D” verilişində qonağı olan İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bununla bağlı sualı cavablandırıb.

Verilişin aparıcısı ona sual verərək bildirib ki, bir şirkətə müraciət ediriksə, digərləri də zəng edir – niyə hər hansı şəxsin məlumatları ümumi bazada sığortaçı əməkdaşlar üçün istifadədir.

“Siz bir sığorta şirkətinə müraciət edirsiz, onların da əməkdaşları var. Əvvəlcə bir yerdə işləyirlər, sonra dəyişib digər yerdə. Həmin əməkdaşlar öz müştərilərinin məlumatlarını götürüb gedirlər. Bu halda məlumatların bölüşdürülməsi mümkün ola bilər” – deyə R.Əhmədov deyir.

Əhmədov hazırda yeni informasiya sisteminin tamamlanmasını həyata keçirildiyini bildirir: “ Bu da müştərilərin telefon nömrələrinin yalnız İcbari Sığorta Bürosunun bazasında qalacağını təmin edəcək”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları