-3 C
Baku
Sunday, December 15, 2024

Müstəqillik tarixində ən böyük büdcə xərcləri təsdiqlənəcək

Dövlət büdcəsinin xərcləri təsdiq edilmiş məbləğlə müqayisədə 9.6% çoxdur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.

Qeyd edilib ki, Yenidən baxılan qanun layihəsinə əsasən 2023-cü ilin dövlət büdcəsi xərclərinin funksional təsnifatının 2 bölməsi istisna olmaqla, digər bütün bölmələr üzrə dəyişiklik nəzərdə tutulub, xərclərdə əlavə artımın dövlətin prioritet sahələrinə yönəldilməsi proqnozlaşdırılmışdır. Qanun layihəsinə əsasən dövlət büdcəsi xərclərinin məbləği 36568.8 mln. manat nəzərdə tutulub ki, bu da müstəqillik tarixində ən böyük məbləğ olmaqla, təsdiq edilmiş məbləğlə müqayisədə 3215.5 mln. manat və yaxud 9.6% çoxdur. Qeyd olunan bu artım ümumilikdə funksional təsnifatın 4 bölməsi üzrə xərclərdə 3620.5 mln. manat artımın, 6 bölməsi üzrə isə 405.0 mln. manat azalmanın proqnozlaşdırılması fonunda baş verib. Yenidən baxılma zamanı “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər