8 C
Baku
Friday, March 29, 2024

Müştəri əlaqələri şöbəsinin Korporativ Müştəri Təmsilçisi – AFB Bank

Vəzifə: Müştəri əlaqələri şöbəsinin Korporativ Müştəri Təmsilçisi

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirilməsi;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilinin aparılmasını təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri əlaqələri şöbəsinin korporativ müştəri təmsilçisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər