20 C
Baku
Tuesday, October 1, 2024

Müştəri bankda selfi çəkdirməli olacaq

Bir sıra London bankları müştərilərlə bağlı yeni sistem tətbiq edir. Novator.az xəbər verir ki, yeni sistemə əsasən, müştərilər şəxsiyyətlərini təsdiq etmək üçün selfi çəkdirməlidirlər.

Müştərinin selfi fotosu bankın məlumat bazasına daxil edilir və “Percieve” adlanan proqram şəkli analiz edir. Proqram şəkli müştərinin “Facebook”, “Twitter” və “Linkedin” kimi sosial şəbəkələrdəki fotoları ilə də tutuşdurur. Yoxlama bitəndən sonra sistem ya ödəniş tapşırığını qəbul edir, ya da fırıldaqçılığa cəhd haqda xəbər verir.
Məlumata görə, Londonun bir neçə iri bankı bu proqramın sınaq versiyasından istifadə etməyə hazırlaşır, amma onlardan heç biri bunu açıq-aşkar bildirmir. Yeni sistemə keçidi son ildə baş verən onlayn fırıldaqlar zəruri edib.
“Percieve” proqramını Nyu-Yorkdan olan mütəxəssis hazırlayıb.
Son xəbərlər
Digər xəbərlər