Müştəri dəyərinin idarəedilməsi üzrə rəhbər
Vakansiya haqqında
Departament : B2C Kommersiya
Şöbə : Müştəri Dəyərinin İdarəedilməsi və Biznesin Təhlili
Bölmə : Müştəri Dəyərinin İdarəedilməsi
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 14.02.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
* Müştəri axınını öncədən müəyyənləşdirəcək statistik proqnoz, modellərin hazırlanması və eyni zamanda mürəkkəb təhlillərin aparılması: həssaslıq analizi, proqnozlaşdırma, bəzi məhsul və xidmətlərin qiymətinin digərləri üzərində təsirinin monitorinqi və yenidən baxılması, istehlak səbətinin təhlili və s.
* Müştəri məlumatlarının təhlili və interpretasiyası, müştəri davranış tendensiyalarının aşkarı nəticəsində əldə edilən məlumatlara əsaslananaraq növbəti ən yaxşı məhsulun öncədən təxmin olunması ilə bağlı təhlilin aparılması
* Şirkətin mövcud məhsul və xidmət portfelindən yüksək mənfəət əldə olunması və müştəri yönümlü olmasını təmin etmək üçün data analizlərə əsaslanan uyğunlaşdırma təklif paketinin hazırlanmasına nəzarət
* Hədəf marketinq sahələrində yerli bazardakı dinamik tendensiyaların monitorinqi və təhlili, eləcə də rəqiblərin performanslarının şirkətə təsirinin qiymətləndirilməsi
* Abunəçi bazasının seqmentasiyası, mikro/nano-seqmentasiyası, müştərilərin seqmentlər əsasında profillərinin təyin olunması və qorunması, istifadənin stimullaşdırılması, loyallıq proqramlarının inkişafı, yuxarı və çarpaz satış kampaniyalarının reallaşdırılması
* Analitik və statistik modellər sayəsində seqment qrupların ehtiyaclarını anlama, hər qrupun ehtiyaclarına uyğun məhsulun yaradılması və konsept testinin reallaşması
* Həyata keçirilən bütün kampaniya nəticələrinin: müştəri qoruma, əldə olunan gəlir, istifadə və digər müəyyən olunmuş parametrlər üzrə monitorinqi, investisiyaların geri dönümünün dəyərləndirilməsi
* Yeni məhsul və xidmətlərə dair biznes analizlərin hazırlanması, məhsulun hazırlanması üçün texniki təhlillərin aparılması, qiymətlərinin müəyyən edilməsi və mövcud məhsulların inkişaf etdirilməsi
* Müştəri axınının qarşısının alınması və mütərilərin saxlanılması strateqiyalarının, hədəf qruplarına yönəlik təkliflərin və satış səviyyəsinin artırılması, müxtəlif məhsulların satışı təşəbbüslərinin icrasına təkan vermək üçün müvafiq departamentlər ilə əməkdaşlıq edilməsi
* Telesatış heyətinin müştəri axınının qorunması, telesatışın yuxarı və çarpaz satışı üçün seqmentasiya modelinə və əməliyyatlar planına müvafiq olaraq fəaliyyətlərinin icrasının koordinasiyasına edilməsi
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Tətbiqi Riyaziyyat, Kibernetika, İqtisadiyyat və ya uyğun sahədə ali təhsil
* Biznesin Təhlili və ya Proqnozlaşdırma üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya sahəsində iş təcrübəsi üstünlükdür)
* Komanda İdarəetmə üzrə 2-3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Müştəriyönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Güclü riyazi bilik
* Analitik qabiliyyət
* Müxtəlif və mürəkkəb məlumat toplusundan biznes yönümlü təhlillərin aparılması və nəticəni aydın izah etmə bacarığı
* Yüksək dəqiqlik və detallara diqqət yetirmə
* Gərgin iş şəraitində işləmə imkanı
* Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və ya təqib etmə qabiliyyəti
* Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
* MS Office (Ms Excel) proqramlarını mükəmməl bilmək
* STATA, R və ya digər data mining/analitik proqramlarında işləmə bacarığı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Mövzu hissəsində “Müştəri dəyərinin idarəedilməsi üzrə rəhbər” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.