28 C
Baku
Tuesday, April 30, 2024

Müştəri loyallığını inkişaf etdirmək üsulları

Öz müştəriləriniz ilə uzun müddətli əlaqələrə can atmırsınızsa, bununla pul itirirsiniz.

Çox söz vermək lazım deyil. Əgər söz verdiyiniz qədər işi yerinə yetirə bilməsəniz bu müştərini məyus edəcək. Bunun üçün də yüksək, lakin real gözləntilər təşkil etmək lazımdır.

Bazarda “orta” deyil, daha təsirli mövqe tutmaq lazımdır. Çünki burda hər zaman qiymətləri endirən və yüksəldən hər zaman tapılır. 

Müştərilər hər zaman məhsulu tez və asan şəkildə əldə etmək istəyirlər. Buna görə də, sürətli və yaxşı işləyən şirkətlər daha irəli gedir.

Rəqabət şəraiti yalnızca insanların və onların təqdim etdiyi xidmətlər müqabilində formalaşır. Yadda saxlayın ki, innovasiya və lazımlı texnologiya digərləri tərəfindən çox sürətlə kopyalanır.

Müştərilərdən sizin işinizdə nəyi bəyənmədiklərini tez-tez soruşmaq mütləq və lazım deyil.

Rəqiblərinizi nə qədər diqqətlə izləsəniz, bu sizin üçün bir o qədər yaxşıdır.

Müştərilərə xidmət etmək – bu günün 24 saatı işləməkdir.

Əgər müştəriyə nə isə söz vermisinizsə, bunu dərhal yerinə yetirmək lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər