20 C
Baku
Friday, October 11, 2024

Müştəri Meneceri – Paşa Bank

“PAŞA Bank” Biznes Bankçılıq şöbəsində Müştəri Meneceri vəzifəsini tutmaq üçün müvafiq təcrübəyə malik namizədləri işə dəvət edir. Müştəri Menecerləri komandasının üzvü olaraq həmin işçi Bankın biznesinin inkişafında yaxından iştirak edəcək.

Namizəd üçün əsas tələblər: 

Bu vəzifənin əsas məqsədi Bankın biznesinin bütövlükdə inkişafına dəstək vermək, mövcud müştəri bazasını daha da genişləndirməkdir. Ali təhsilə, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində ən azı 6 ay iş təcrübəsinə malik namizədlərin yüksək dərəcədə ünsiyyət qurma bacarığının, təqdimatlar keçirmə qabiliyyətinin, kredit təhlili, məlumat təhlili və maliyyə analizi bacarığının, həmçinin yerli biznes icması ilə səmərəli əlaqə qurma bacarığının olması tələb olunur.

Əsas iş funksiyaları:

  • Bankın müştəri bazasını daha da genişləndirmək və gücləndirmək məqsədilə kiçik və orta biznesi olan müştərilərə mövcud xidmət və məhsulları təqdim etmək, onlara bu sahədə məsləhətlər vermək və portfeli idarə etmək
  • Yeni biznesi səmərəli inkişaf etdirməklə Bankın gəlirinin artmasına dəstək olmaq
  • Kreditin keyfiyyətinə cavabdeh olmaq
  • Bankın digər maliyyə məhsul və xidmətlərinin satışını təşviq etmək
  • Memorandum, maliyyə hesabatları və sənədləri yoxlamaq və kredit komitəsinə təqdim etmək
  • Qrupun hədəflərini yerinə yetirmək məqsədilə müştərilər ilə mütəmadi görüşmək, monitorinqlər həyata keçirmək və s.
  • Müştərilərin sorğularını araşdırmaq, biznesini təhlil etmək, memorandum və maliyyə hesabatları hazırlamaq
  • Banka yeni müştərilər cəlb etmək, potensial müştəriləri axtarmaq, onlarla əlaqə yaratmaq və görüşlər keçirmək
  • Biznes mühitində baş verən dəyişiklikləri, rəqiblərin fəaliyyətini mütəmadi izləmək
  • Təyin olunmuş hədəf və normativləri yerinə yetirmək
  • Mövcud kredit portfelini idarə olunmasını, monitorinqini və təhlilini təmin etmək

Biznes təşkilatı kimi PAŞA Bank yüksək etik və məsuliyyətli davranış standartlarına sadiqdir. Şəxsi düzgünlük adamlarda ən yüksək dəyərləndirdiyimiz keyfiyyətdir.

Namizədlərdən CV ilə birlikdə niyyət məktubu da göndərməsi xahiş olunur.

[email protected]

Son xəbərlər
Digər xəbərlər