18 C
Baku
Sunday, April 28, 2024

Müştəri psixologiyası

Bizim ilk təəssüratımız ilk gördüyümüz qiymət əsasında formalaşır:

Təsəvvür edin ki, bir mağazaya daxil oldunuz və orada 1000 manat dəyərində olan bir çanta gördünüz. Bir az irəli getdikdən sonra 300 manat dəyərində olan bir saata rast gəldiniz. Bu bahadır! Bir saat bundan daha ucuz ola bilər! Lakin bu zaman bizə elə gəlir ki, 300 manat saat üçün normal qiymətdir. Çünki siz onu daha əvvəl gördüyünüz 1000 manat ilə müqayisə edirsiniz. Beləliklə, mağazalar məhsulları qiymətlərinə görə düzgün yerləşdirməklə sizin fikirlərinizi idarə edə bilər.

“Utanmaqdan”  qorxuruq:

Ən ucuz məhsul alarkən özümüzü “yoxsul” kimi hiss etməkdən çəkinirik. Belə bir eksperiment keçirilmişdi: mağazanın vitrinində iki növ pivə qoyulur. Birinin üzərinə 2,5 dollara “premium” pivə, digərinin üzərinə isə 1,8 dollara “sərfəli təklif” yazılır. Demək olar ki, alıcıların 80%-i daha bahalı olan pivə növünü seçmişdi.

Biz bizə deyiləni edirik:

Məktəblərin birində belə bir eksperiment həyata keçirilir. Piştaxtaya konfet və digər şirniyyatlar ilə yanaşı, meyvə və tərəvəzlər də qoyulur. Bu üsul uşaqların konfetlərlə yanaşı meyvə və tərəvəz yeməsinə səbəb olmuşdu. Bu metod böyük insanlarda da işə yarayır. Təcrübəli restoran mütəxəssisləri sizə satmaq istədikləri yeməklərin şəkillərini menyuda daha parlaq və iri həcmdə yerləşdirirlər. Bu “dadlı” təsvirləri gördükdə isə ağlınıza ilk gələn restorana məhz bu qidanın dadına baxmaq üçün gəldiyiniz olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər