Kredit Təşkilatının yeni açılacaq olan Bakı şəhəri filiaları üçün “Müştəri xədmətləri üçün mütəxəssis” vakansiyası elan olunur.
Əməkhaqqı: 300AZN+bonus
“Müştəri xidmətləri üzrə mütəxəssis” üzrə tələblər:
- Yaş həddi: 18-30 yaş
- Cins: Qadın
- Təhsil: Orta-ixtisas ,Natamam-Ali təhsil;
- İş təcrübəsi: arzu olunandır ( iş təcrübəsi olanlara üstünlük verilir) ;
- Dil tələbi: – Azərbaycan dili
- Rus dili
- Kompyuter bilikləri: Microsoft Office, Outlook Express, Internet Explorer;
- Verilən tapşırıqları məsuliyyətlə yanaşmaq bacarığı;
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı;
- Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı yüksək olan xanımlar.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək;
- Müştərilərin müraciətlərinə/sorğularına əsasən müvafiq proqramların vasitəsi ilə qeydiyyatların aparılması;
- Müştəri müraciətlərini operativ və sürətli cavablandırmaq;
- Filiallarda kredit rəsmiləşdirilməsinin aparılması;
- Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədi ilə təkliflər hazırlamaq;
- Sorğu və hesabat formalarını təşkil etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
- Məlumat mərkəzi şöbəsinin və Birbaşa marketinq şöbəsinin əməkdaşları ilə işin təşkilində və aparılmasında iştirak etmək;
- Təşkilatın fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək.
Tələblərə cavab verən şəxslər şəkilli CV-ni [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Müştəri xədmətləri üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.